Microsoft Word Shelale Nebiyeva doc


II Qarşılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə38/40
tarix19.06.2022
ölçüsü0,79 Mb.
#117062
1   ...   32   33   34   35   36   37   38   39   40
Ana dili tedrisi metodikasinin aktual problemleri

II Qarşılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə
üsulları 
Özünüqiymətləndirmə vərdişlərini yaratmaq üçün bütün 
sinif və müəllimin iştirakı ilə qiymətin şagirdin özü tərəfindən 
qoyulmasını və eləcə də şagirdlərin bir-birinin işinə qiymət 
qoymasını tətbiq etmək olar. Bununla yarış həvəsinin oyadılması, 


123 
təbii nailiyyət tələbatının (yəni daha yüksək bilik zirvələrinə 
qalxma istəyi) formalaşması mümkün olur. Nəticədə təlimə 
müsbət motivasiyanın yaradılması müşahidə olunur.
“Keyfiyyətcə qiymətləndirmə”nin uyğun, çevik və 
fərqləndirici meyarlarının işlənib hazırlanması və meyar cədvəli 
vasitəsilə istifadəsi, şagirdin nailiyyətlərinin keyfiyyətcə 
qiymətləndirməsinin adekvat meyarlarının olması çox vacibdir. 
Obyektivliyin təmin edilməsi yollarından biri qiymətləndirmə 
prosesində şəffaflıq və aşkarlıq prinsipinin aşağıdakı kimi 
gözlənilməsidir: 
*şagirdlərin müəllimin istifadə etdiyi qiymətləndirmə 
meyarları ilə tanışlığı; 
*qiymətləndirmə prosesinin aşkarlığı: bu zaman 
müəllim qiymət verərkən onu əsaslandırır; 
*qarşılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə 
prosedurlarından istifadə edilməsi. 
III Qrup işinin qiymətləndirilməsi 
Fəal (interaktiv) təlimdə müəllimləri daha çox maraq-
landıran məsələlərdən biri qrup işinin qiymətləndirilməsidir. 
Qrup işinin qiymətləndirilməsi meyar əsasında və müxtəlif 
vasitələr (qrafik, cədvəl, simvol, söz və üsullarla (müəllim 
tərəfindən, şagirdlərin qarşılıqlı qiymətləndirilməsi, qruplararası 
qiymətləndirmə) keçirilə bilər.
1. Qrafik. Lövhədə qrafik çəkilir: şkalalar qiymətlər və 
qrupların nömrələrini əks etdirir. Qrupun nailiyyətlərindən asılı 
olaraq qrafikdəki xətt ya qalxa, ya da enə bilər.
2. Meyar cədvəli. Cədvəlin sətirlərində qrupların 
nömrələri və sütunlarında qiymətləndirmə meyarları qeyd edilir. 
Qiymətləndirmə zamanı müəllim hər qrupun qarşısında meyara 
müvafiq olaraq “+” və ya “-“ işarələrilə qrupun nailiyyətlərini 
qeyd edir. Yekunda ümumi bal hesablanır.
124

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin