Microsoft Word Shelale Nebiyeva doc


Qiymətləndirmənin obyektivliyinin təmin olunması



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə32/40
tarix19.06.2022
ölçüsü0,79 Mb.
#117062
1   ...   28   29   30   31   32   33   34   35   ...   40
Ana dili tedrisi metodikasinin aktual problemleri

Qiymətləndirmənin obyektivliyinin təmin olunması 
Qiymətləndirmənin əsas problemlərindən biri obyektiv 
qiymətin təmin edilməsinin çətinliyidir: tədris prosesinin real 
tənzimləyicisi olmaq üçün qiymətin obyektivliyinə şagird əmin 
olmalı və onun nəyə görə verildiyini dəqiq təsəvvür etməlidir. 
Obyektiv qiymət verilməsinə mane olan amillər 
aşağıdakılardır: 
*kəmiyyət xarakterli qiymətlərin verilməsi üçün dəqiq 
olmayan (şərti) normativlərin mövcudluğu; 
*qiymətləndirmənin kəmiyyətin meyarlarının şagirdlə 
daha obyektiv əks-əlaqə yaratmağa imkan verən, daha 
diferensiallaşdırılmış və daha dəqiq sisteminin işlənib 
hazırlanması. Belə bir sistemin olması şagirdin nailiyyətlərini 
dəqiq və müvafiq surətdə səciyyələndirməyə imkan verər və 
şagirdin irəliyə doğru hərəkətini təmin edə biləcək lazımi 
tapşırıqları müəyyən etməyə şərait yarada bilər; 
*şagirddə (bir çox hallarda müəllimdə) təlim prosesinin 
hansı məqsədləri və ya nəticələri (bilik, bacarıq və vərdişlər 
kompleksi şəklində) olması təsəvvürlərinin zəifliyi. 
Obyektivliyin təmin edilməsi yollarından biri 
qiymətləndirmə prosesində şəffaflıq və aşkarlıq prinsipinin 
aşağıdakı kimi gözlənilməlidir: 
*şagirdlərin müəllimin istifadə etdiyi qiymətləndirmə 
meyarları ilə tanışlğı; 
*qiymətləndirmə prosesinin aşkarlığı; bu zaman 
müəllim qiymət verərkən onu əsaslandırılır; 
*qarşılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə 
prosedurlarından istifadə edilməsi. 
Qrup işinin qiymətləndirilməsi 
114
Fəal (interaktiv) təlimdə daha çox maraqlandıran 
məsələlərdən biri qrup işinin qiymətləndirilməsidir. Bu zaman 
çoxlu suallar yaranır:
1. Qrup işini hansı yollarla qiymətləndirmək olar? 
2. Qrupun qiymətləndirilməsində fərdi yanaşmanı necə 
tətbiq etmək olar? 
3. Hansı meyarlar əsasında qrup işini qiymətləndirmək 
olar? 
4. Qrup işinin qiymətləndirilməsi meyar əsasında və 
müxtəlif vasitələr (qrafik, cədvəl, simvol, söz və üsullarla 
(müəllim tərəfindən, şagirdlərin qarşılıqlı qiymətləndirilməsi, 
qruplararası qiymətləndirmə) keçirilə bilər.
1. Qrafik. Lövhədə qrafik çəkilir: qiymətlər və 
qrupların nömrələrini əks etdirir. Qrupun nailiyyətlərindən asılı 
olaraq qrafikdəki xətt ya qalxar, ya da enə bilər.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin