119
Qiymətləndirmə ilk növbədə uşaqda müsbət emosiyalar
yaratmalıdır. Fəal (interaktiv) təlimdə müəllim
ən çox şagirdin
səhvlərini deyil, nailiyyətlərini vurğulamalı, cəzadan çox dəstək
verməyə arxalanmalıdır. Qiymətləndirmə səhv cavablar olmur,
sadəcə, onlar müxtəlif olur” prinsipi əsasında qurulur. Çox
vacibdir ki, müəllim səhv cavaba “Sən düz demirsən”
əvəzinə
“Bir daha fikirləş”, “Bu maraqlı fikirdir, lakin sualımız başqadır”
kimi əks-əlaqə yaratsın. Cəzalandırmağa gəldikdə isə, müəllim
çalışmalıdır ki, aqressiv cəzanın
əvəzinə şagirdə həm özünün,
həm də sinfin münasibətini çatdırsın və bununla onda müsbət
münasibət qazanmaq ehtiyacını cəzalandırsın.
Təlimdə şagirdlərin nailiyyətlərinin qiymətləndirmə
obyektləri sırasına şagirdin şəxsi keyfiyyətləri əlavə olunur.
Ənənəvi olaraq şagirdlərin təlim nəticələrini
müəyyən edən şəxsi
keyfiyyətləri əlavə olunur. Ənənəvi olaraq şagirdlərin təlim
nəticələrini müəyyən edən şəxsi keyfiyyətlərin qiymətləndiril-
məsi sistemi mövcud deyildir. Təlimin
məqsədlərini əks etdirən
ənənəvi sənədlərin hamısında şəxsiyyətin təlim və tərbiyə
prosesində formalaşmalı olan müxtəlif keyfiyyətləri haqqında
danışılır. Ola bilsin bu onunla əlaqədardır ki, şəxsi keyfiyyətlərin
kəmiyyətcə qiymətləndirilməsi praktiki
olaraq həyata keçirilməsi
çətin olan bir məsələdir. Buna baxmayaraq bilik, bacarıq və
vərdişlərlə yanaşı, şəxsi keyfiyyətlərin qiymətləndirilməsinin
nəticələrinin də nəzərə alınması təlim prosesinin yekunları
haqqında tam təsəvvür yaratmağa imkan verə bilər.
Qiymətləndirmə və refleksiya
dərsin müxtəlif mərhə-
lələrinə daxil edilə bilər, bunun özü də təlim prosesinin daha
uğurlu keçməsinə kömək edir. Birinci
sinifdə qiymətləndirmənin
şagirdlərin tədqiqat işinin başa çatdıqdan dərhal sonra keçirilməsi
daha məqsədəuyğundur. Şagirdlərin işinin effektivlik dərəcəsi
kimi kəmiyyət, həm də keyfiyyətcə qiymətləndirilə bilər və
müxtəlif metodlarla müxtəlif formalarda həyata keçirilə bilər.
Dostları ilə paylaş: