117
Müşahidə. Müşahidə şagirdin fəaliyyətini izləməyi və
ya onun danışığına, oxumasına və məsələləri müzakirə etməsinə
qulaq asmağı nəzərdə tutur. Təsadüfi şəraitdə baş verən və tədris
təlim prosesindəki irəliləyişlər üçün əhəmiyyət kəsb edən
müşahidələr təsadüfi müşahidələr adlanır.
Sistematik müşahi-
dələr isə bir qrup şagirdin fəaliyyətinin müəyyən məqsədlər üçün
izlənilməsidir.
Özünüqiymətləndirmə. Şagirdin qiymətləndirmə prose-
sinə cəlb olunması təlim prosesinin çox vacib hissəsini təşkil
edir. şagirdlər öz nailiyyətləri üçün məsul olurlar. Onların öz
işləri haqqında düşünə bilmələri üçün müəllimlər təlim
məqsədlərini çatdırmaqla, müvəffəqiyyətin
nümayiş etdirilməsi
üçün tələb olunan meyarları birgə müəyyənləşdirməklə onlara
kömək edə bilər.
Fəaliyyətin qiymətləndirilməsi. Bu zaman şagirdlər
öyrəndiklərini nümayiş etdirmək üçün fəaliyyətlər həyata
keçirirlər. fəaliyyətin qiymətləndirilməsi aşağıdakı sahələr üzrə
şagirdin öyrəndiklərini müəyyənləşdirmək üçün məqsədəuy-
ğundur:
Kommunikativ (ünsiyyət) bacarıqlar oxu, yazı və
danışma.
Psixomotor bacarıqlar (qayçı ilə kəsmə. Yapma).
Atletik bacarıqlar (tullanma, topu atma, üzmə).
Anlayışın mənimsənilməsi (həmin anlayışı real
məsələlərdə tətbiq etmə).
Emosional xüsusiyyətlər (qrupda əməkdaşlıq etmə,
qaydalara əməl etmə, özünənəzarət).
Manipulyativ vərdişlər (əl hərəkətləri və s.).
Digərlərinə
qarşı münasibət (davranış) və emosional reaksiya.
Müsahibələr. Şagirdlərin nə düşündüyünü öyrənmək
üçün onlara sual vermək həm zəruri, həm də faydalıdır. Qeyri-
formal sual-cavab üçün müəllim hər hansı fəaliyyəti ilə bağlı
şagirdlərə aşağıdakı kimi suallar verə bilər:
118
-
O, nəticəni necə əldə edib?
-
Nə üçün problemlə üzləşib? və s.
Yazılı sorğu. Buraya suallara, məsələyə, test və
tapşırıqlara yazılı cavab vermək, layihə, referat işləri hazırlamaq,
müqayisə
cədvəllərini doldurmaq, şagirdlərin bir-birinin yazı
işlərinə rəy verməsi, yoxlama və reytinq vərəqini doldurmaq,
nəzarətli yazı işi yazmaq və s. aiddir.
Kağız üzərindəki tapşırıqlar. Şagirdlər suallara və ya
problemlərə dair öz cavablarını yazırlar. Suallar və ya tapşırıqlar
müəllimlər və eləcə də dərslik müəllifləri tərəfindən hazırlana
bilər. Kağız-qələm vasitəsilə məlumat toplanması üçün iki metod
mövcuddur:
*Təchizat metodu.
*Seçmə metodu.
Təchizat metodu şagirddən
verilmiş suala cavab
verməyi tələb edir:
*inşa ilə bağlı suallar;
*qısa cavablı və ya açıq suallar;
*layihə işləri
Seçmə metodunda şagirddən verilmiş variantların
içərisindən düzgün cavabı seçmək tələb olunur:
*çoxseçimli;
*səhv-düz;
*uzlaşdırma ilə bağlı suallar.
Dostları ilə paylaş: