3.Verbal (sözlə) qiymətləndirmə. Yaddan çıxarmaq
olmaz ki, qiymətləndirmənin ən mühüm üsullarından biri sözdür:
o, müəllimin psixoloji dayağını, təqdirini və tənbehi ifadə edə
bilər. Şagirdin ancaq bilik, bacarıq və vərdişlərinin deyil, onun
şəxsi keyfiyyətlərinin də sözlə (tərif və iradlarla, məsləhət və
təkliflərlə) qiymətləndirmə mümkündür. Bu üsuldan əsasən
ibtidai siniflərdə istifadə olunur, lakin bu yanaşmanın orta
məktəbdə tətbiqi də realdır və məqsədəuyğundur. Verbal (sözlə)
qiymətləndirmənin rolu yalnız şagirdin bilik, bacarıq və
vərdişləri deyil, onun şəxsi keyfiyyətlərinin də sözlə
qiymətləndirilməsi mümkündür. Bu vasitə yalnız kəmiyyəti yox,
o cümlədən keyfiyyəti qiymətləndirmək imkanını artırır.
Şagirdlərin qiymətləndirməyə cəlb olunması üçün
aşağıdakı üç mümkün strategiya nəzərdən keçirilə bilər:
1. Şagirdlərin mövcud dövrə qədər əldə etdikləri
irəliləyişləri nəzərdən keçirmək və onları təqdim olunan suallar
vasitəsilə fikir söyləməyə sövq etmək:
- Bu il nələri yaxşı həyata keçirmişəm?
- Mən gördüyüm işlərin hansı hissəsini daha yaxşı
həyata keçirmək istərdim?
- Növbəti rübdə hansı işlər üzərində gərgin işləyəcəm?
- Mən işimi təkmilləşdirmək üçün daha nələr edə
bilərəm?
2. Şagirdlərdən xahiş oluna bilər ki, onların fərdi
irəliləyişləri ilə bağlı müəllimlərin apardığı qeydlərə dair fikir
122
bildirsinlər. Bu zaman onlar aşağıdakı kimi suallara cavab yaza
və ya müzakirə apara bilərlər:
- Müəllimin işim haqda söylədiyi hansı fikir məni
məmnun etdi?
- Müəllimin rəyində məni narahat edən hər hansı
məqam varmı?
- Müəllim üzərində işləməli olduğun hər hansı məsələ
təklif etdimi?
- Mən nələri etməyə çalışmalıyam?
- Müəllimlə müzakirə etmək istədiyim hər hansı məsələ
mövcuddurmu?
3. Şagird müəllim ilə birlikdə növbəti fəaliyyət
mərhələlərini müəyyənləşdirəməyə və qarşıda duran məsələləri
həll etmək üçün hansı strategiyaların daha münasib olduğunu
müzakirə etməyə cəlb oluna bilərlər.
Qiymətləndirmə zamanı meyarların əvvəlcədən hazır-
lanması əsas şərtdir. Meyarlar təlim məqsədlərinə əsasən tərtib
edilir və hər hansı mövzunun tədrisi zamanı reallaşdırılacaq stan-
dartlara söykənir. Qiymətləndirmə apararkən meyarlar müxtəlif
qiymətləndirmə cədvəlləri, qrafikləri, vərəqləri və digər forma-
larda tərtib oluna bilər. Yuxarıda deyilənləri aydınlaşdırmaq üçün
bəzi nümunələr göstərməyi məqsədəuyğun hesab edirik.
4. Rənglərlə qiymətləndirmə
5. Şəkillərlə qiymətləndirmə.
6. Emosional münasibət yolu ilə qiymətləndirmə.
7. Meyar cədvəli əsasında qiymətləndirmə.