Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə33/40
tarix19.06.2022
ölçüsü0,79 Mb.
#117062
1   ...   29   30   31   32   33   34   35   36   ...   40
Ana dili tedrisi metodikasinin aktual problemleri

2. Meyar cədvəli. Cədvəlin sətirlərində qrupların 
nömrələri və sütunlarında qiymətləndirmə meyarları qeyd edilir. 
Qiymətləndirmə zamanı müəllim hər qrupun qarşısında meyara 
müvafiq olaraq “+”, “-“ işarələrilə və ya balla qrupun 
nailiyyətlərini qeyd edir, yekunda ümumi bal hesablanır.
3. Qrupdaxili qiymətləndirmə. Qrupun hər bir 
nümayəndəsinə qrup şagirdlərinin adları və qiymətləndirmə 
meyarları qeyd edilmiş cədvəl paylanır. Hər nümayəndə həm 
özünü, həm də yoldaşlarını meyarlar əsasında “+” və ya “-“ 
işarələrilə (və ya rəqəmlərlə) qiymətləndirir.
Qrup işini qiymətləndirilməsi üçün meyar cədvəli
Məktəbdaxili qiymətləndirmə Milli Kurrikulumun 
məzmun standartlarına əsaslanır, şagird fəaliyyətinin təhsil 
standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə 
və 
nailiyyətlərinin monitorinqinə xidmət edir. 
Məktəbdə şagird nailiyyətlərinin qiymətləndirilməsini 
həyata keçirmək üçün diaqnostik, formativ və summativ 
qiymətləndirmədən istifadə olunur.


115 
Dioqnostik qiymətləndirmə şagirdlərin indiyədək malik 
olduğu bilik və bacarıqları üzə çıxarmaq, sonrakı fəaliyyət 
dövründə ondan təməl kimi istifadə etmək məqsədi ilə şagirdlər 
haqqında sistematik məlumatların toplanılması prosesidir. 
Diaqnostik qiymətləndirmə yeni dərs ilinin əvvəlində və ya yeni 
bölmənin tədrisinin başlanğıcında aparılır.
Şagird naiiyyətlərinin monitorinqi, yəni formativ 
qiymətləndirmə (müntəzəm, davamlı) müəllimlər və məktəb 
rəhbərləri tərəfindən, məktəb səviyyəsində həyata keçirilir.
Formativ qiymətləndirmə interaktiv və planlı prosesdir. 
Ondan mövcud prosesi və fəaliyyəti formalaşdırmaq və dəyişmək 
üçün istifadə olunur. Bu qiymətləndirmənin əsas məqsədi 
inkişafda olan prosesə nəzarət etmək və onu istiqamətləndir-
məkdir.
Şagirdlərin siniflər və təhsil pillələri üzrə müəyyən 
olunmuş ümumi nəticələrə necə nail olduqlarını müəyyən etmək 
üçün summativ qiymətləndirmədən istifadə edilir. Summativ 
qiymətləndirmə şagirdlərin müəyyən müddət ərzində əldə 
etdikləri nailiyyətləri ümumiləşdirmək və qiymətləndirmək 
məqsədi daşıyır. Hər altı həftədən gec olmayaraq tədris olunan 
mövzular üzrə müəllim tərəfindən hazırlanmış testlər və 
standartlaşdırılmış prosedurlar vasitəsilə şagird nailiyyətlərinin 
kiçik summativ (bəhslər üzrə yekun) qiymətləndirilməsi aparılır. 
Eyni zamanda yarımilin və ilin sonunda yekun qiymətləndirmə 
aparılır ki, bu da böyük summativ qiymətləndirmə adlandırılır.
Yeni fənn kurrikulumlarının tətbiqinə başlayan 
ümumtəhsil məktəblərinin 1-ci sinif müəllimlərinin ehtiyaclarını 
nəzərə alaraq formativ qiymətləndirmə və onun metodları 
haqqında bir qədər geniş məlumat verməyi məqsədəuyğun hesab 
edirik.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin