I qrup 1. Verilmiş sözləri birləşdirən nədir? Sual işarəsinin altında hansı hərf yazılmalıdır? 2. Verilmiş sözlər neçə hecalıdır? 3. Bu sözləri cümlədə işlədin. II qrup 1.Verilmiş şəkilləri (fincan, qəfəs, dəf) (f) səsinin
sözlərdə işlənmə yerinə görə cədvəldə uyğun gələn qrafaya
yapışdırın.
2. “Fəvvarə” sözündə neçə heca var?
3. “Qəfəs” sözünü cümlədə işlədin.
III qrup 1. “F” qəfəsdə fil ilə Afrikadan gəliblər Fidan, Fərrux, Fəridə Fillərə baxmaq üçün Zooparkda gizlənibdir. Şeirdə “f” hərfi olan sözlərin altından xətt çəkin. ?
86
2. Fidan, Fərrux, Fəridə sözlərində neçə heca var? 3. Fil sözünü cümlədə işlədin. IV qrup 1. “Filin xortumu” “İlin fəsilləri dörddür” “Futbol yarışı”. Bunlardan hansı cümlədir? Cümlə ilə söz birləşməsinin fərqini deyin. 2.“Şükufə” sözündə neçə heca var? 3.Verilmiş söz birləşməsini cümlədə işlədin. V qrup 1. Verilmiş sözləri tapın. 2.Bu sözlərdə neçə heca var? 3.Bu sözləri cümlədə işlədin. İnformasiya mübadiləsi Qrupların seçdiyi nümayəndələr görülən işin nəticələrini
təqdim edirlər. İş vərəqləri lövhədən asılır.
İnformasiyanın müzakirəsi Müzakirə sualları: 1. Qruplar hansı sözləri aşkar etdilər? 2.Bu sözlərdə (f) səsi sözün hansı hissəsində işlənmişdir? 3.(F) səsi necə səsdir? 4.Sözlər hecalara necə ayrılır? 5.Cümləni söz birləşməsindən necə fərqləndiririk? Nəticə və ümumiləşdirmə Müəllim şagirdlərin diqqətini təədqiqat sualına yönəldir.
Şagirdlərlə birlikdə təqdimatın və müzakirənin nəticələrini
ümumiləşdirir: (F) səsi uzanmayan samit səsdir. (F) sözün
əvvəlində, ortasında və sonunda işlənə bilir. Cümlə bitmiş fikri
bildirir, söz birləşməsi isə bitmiş fikri bildirmir.
87
Yaradıcı tətbiqetmə Hərf sxemində “f” hərfi ortada işlənən məktəb
ləvazimatının adını tapın və şəklini çəkin.