Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə28/40
tarix19.06.2022
ölçüsü0,79 Mb.
#117062
1   ...   24   25   26   27   28   29   30   31   ...   40
Ana dili tedrisi metodikasinin aktual problemleri

Dərsin gedişi 
Motivasiya, problemin qoyuluşu 
Rəşid Behbudovun ifasında “Azərbaycan” mahnısı 
səsləndirilir. 
Yardımçı sual: Bu mahnı sizdə hansı hissləri oyadır? 
Şagirdlərin fikirlərini dinlədikdən sonra müəllim 
tədqiqat sualını elan edir.
Tədqiqat sualı: Vətənimizi tanımaq üçün nələri 
bilməliyik? 
Tədqiqatın aparılması 
Indi isə gəlin vətənimizi daha dərindən tanımaq üçün 
qruplar üzrə iş aparaq. 
100
Uşaqlar 3 qrupa bölünür və qruplara ad verilir. I qrup 
“Liderlər”, II qrup “Tarixçilər”, III qrup “Təbiətçilər”. Hər qrup 
öz fəaliyyət sahəsinə aid klaster hazırlayır.
Informasiya mübadiləsi 
Hər qrup öz işinin nəticəsini təqdim edir. Qrupların işi 
lövhədən asılır.
Refleksiya. 
Yenidən tədqiqat sualına qayıdırıq: 
Azərbaycanı tanımaq və tanıtmaq nə üçün vacibdir? 
- Azərbaycanı tanımaq onun düşmənlərinə, ona xəyanət 
edənlərə sanballı bir cavabdır. Azərbaycanın dünəni və bugünü 
haqqında danışdınız, onun sabahını necə görmək istərdiniz? 
Qiymətləndirmə. Hər qrupun təqdimatında sonra 
meyar cədvəli əsasında qiymətləndirmə aparılır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


101 
MÜSTƏQİL DÜŞÜNCƏLİ ŞAGİRD 
YETİŞDİRMƏYİN ELMİ İSTİQAMƏTLƏRİ 
Müasir dərs anlayışının əsas mahiyyətini öyrənənin 
“müstəqil şagird” olmasıdır. Yəni o düşüncələrində, 
mülahizələrində müəllimin əqli köməyinə ehtiyac duymayan 
öyrənəndir. O, bilikləri hazır qəbul etmir. Onu özü tapır. Mövcud 
anlayışları əzbərləmir, öyrənir. Düşünmək, yadda saxlamaq, 
tətbiq etmək bacarığına yiyələnir. Şagirdin bu keyfyyətlərə malik 
olması üçün dünya pedaqoji ədəbiyyatında müvəffəqiyyətlə 
tətbiq olunan nəzriyyələr çoxdur. Belə nəzəriyyələrdən biri 
Qardnerin çoxşaxəli əqli qabiliyyətlər nəzəriyyəsidir. Qardnerin 
fikrincə müxtəlif növ öyrəncilərin ehtiyaclarına uyğunlaşmaq 
üçün sinif mühitini köklü surətdə yenidən qurmaq ərurəti 
meydana çıxır. Bu gün yeni təlim texnologiyalarına uyğun tədris 
aparan müəllimlərimiz daha çox sinfi qruplara bölməyə üstünlük 
verir. Əlbəttə bu yaxşıdır. Lakin bu iş kor-koranə şəkildə “kim 
hansı qrupu istəyirsə otursun” şəklində ola bilməz. Burada 
intellekt qabiliyyətlərinin nəzərə alınması başlıca şərtlərdən 
biridir.
Dünya təhsil praktikasında dil öyrətmək sahəsində çoxlu 
modellər vardır. Bu modellərin hamısı üçün xarakterik olan vahid 
bir cəhət mövcuddur: müəllimin verdiyi sual. Belə suallar 
olduqca müxtəlifdir və onun hərəsi şagird təfəkkürünü bir 
konkret istiqamətə yönəldir.
Bizim ənənəvi təhsilimizdə ana dili tədrisi prosesində ən 
çox istifadə olunan suallar belədir: “İsim nəyə deyilir?”, “Fel 
nəyə deyilir?”, “Sayın tərifini de” “Filan nitq hissəsi hansı 
suallara cavab verir” Belə suallar uşaqları əzbərçiliyə 
meylləndirir. Suallar haqqında gedən elmi müzakirələr belə 
ümumi bir qənaətə gəlir ki, təkcə faktlara əsaslanan belə suallar 
uşaqların tənqidi düşüncəsinə az kömək edir və çox zaman əzbər 
yadda saxladığı bilik mövzunun dərkinə kömək etmir. Uşaq 
102
sadəcə olaraq alimlərin yaratdığı və elmi məntiqə əsaslanan 
tərifləri əzbərləyir, yalnız kitablarda verilən nümunələrin əsasına 
görə öz fikirlərini izah edirlər. Onlar dərsliklərdən qırağa çıxa 
bilmir. Müstəqil mühakimə yürütməyi bacarmırlar. Beləliklə bu 
tipli suallar şagirdin müstəqilliyini əlindən alır, onu kitabların 
əsirinə çevirir. Şagird öyrəndiyi biliklərə öz intellekt səviyyəsinə 
uyğun şəkildə heç nə əlavə edə bilmir. Buna görə on bir il 
Azərbaycan dili dərsi keçən şagird sonda onun bir sıra 
məziyyətlərini dərk etmədən orta məktəbi qurtarır.
Ana dili tədrisi prosesində verilən suallar şagirdi 
düşünməyə, axtarıb kəşf etməyə yönəldən yaradıcı suallar 
olmalıdır. Böyük alman şairi Höte yazır ki, “ağıllı cavab almaq 
üçün ağıllı sual vermək lazımdır”. Biz yadda saxlamalıyıq ki, dil 
öyrənmək sadəcə nədənsə hali olmaq deyil, həyati bacarıqların 
bir hissəsidir. Şagird təkcə sözün ifadə etdiyi mənasını 
əzbərləməklə yadında saxlamamalı, onu leksikonunda özününkü 
etməyi bacarmalıdır. O, bildiyi sözü, cümlənin, mətnin daxilində 
hər hansı bir məqamda istifadə etmək bacarığına nail olamalıdır. 
Şagird başa düşməlidir ki, söz onun əlində mum kimi ola bilər. 
Istədiyi məqamda adi bir kəlməni obrazlı ifadəyə, müdrik 
kəlama, ideomatik ifadəyə çevirə bilər.
Cəmiyyət müxtəlif xarakterli insanların məcmusudur. 
Burada azad düşüncəli, mətin xarakterli müstəqil insanlar da 
olur, yaltaq, ikiüzlü, simasız dələduzlar da. Onların hamısını ana 
doğur, məktəb və cəmiyyət tərbiyə edir.
Şübhəsiz ki, insanın xarakterinin formalaşmasında 
genetik amillərin rolu böyükdür. Xarakterin əsas ünsürləri ana 
bətnində ikən mənimsənilir. Lakin körpənin sonradan düşdüyü 
şərait – ailə, uşaq bağçası, məktəb xarakterin formalaşmasında 
əhəmiyyətli rol oynayır.
Məktəbin əsas məqsədlərindən biri müstəqil, azad, 
demokratik düşüncəyə malik şagirdlər yetişdirməkdir. Bu ümumi 
vəzifənin yerinə yetirilməsində ana dili tədrisinin xüsusi rolu 


103 
vardır. Ana dili şagirdlərə təkcə dil qanunlarını öyrətməklə 
kifayətlənə bilməz. Biz ana dili deyərkən uşağın mütaliə etdiyi 
bədii nümunələri nəzərdə tuturuq. Dilin zənginliyini, məna 
gözəlliyini, başa düşüb müasir texnologiyalardan istifadə edilərək 
keçirilən dərsin rolu misilsizdir.
Məsələn Bakı şəhərindəki 9 nömrəli orta məktəbin 
ibtidai sinif müəllimi Nailə Abdulovanın “Vətən” mövzusunda 
keçdiyi dərsi belə nümunələrdən hesab etmək olar.
104

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin