Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə21/40
tarix19.06.2022
ölçüsü0,79 Mb.
#117062
1   ...   17   18   19   20   21   22   23   24   ...   40
Ana dili tedrisi metodikasinin aktual problemleri

Qiymətləndirmə. Müəllim şagirdlərin fəaliyyətini 
hazırladığı meyar cədvəli əsasında “+”, “-“ işarələrinin köməyi 
ilə qiymətləndirir. 
Müəllimin dərsdəki mövqeyi haqqında yazan alimlər 
onun “bələdçi” – yəni bilik öyrənmək yolunda şagirdlərin 
qarşısında şam yandıran, amma dərk etməni onun öz öhdəsinə 
buraxan şəxsdir. Avropa təhsil sistemində müəllimin bu 
fəaliyyəti fasilitator adlanır. Ingilis mənşəli bu sözün mənası 
əlverişli şərait yaradan deməkdir. Bu da əhəmiyyətli məqamdır. 
Deməli, müəllimin sinifdə yaratdığı situasiya elə olmalıdır ki, 
müzakirə mövzusuna çevrilən problem ətrafında hamı fikir söylə-
yə, öz düşüncələrini bölüşə bilsin. Fasilitator müəllim sadəcə 
bilik vermir, özü də tədqiqatçıya çevrilir, müzakirə prosesində 
onu şagirdlərdən seçmək çətin olur. O, sadəcə liderdir. Uşaq 
göyə buraxdığı çərpələngin ipini əlində möhkəm saxladığı kimi, 
müəllim də müzakirələrin ümumi ahəngini bir məcraya yönəldir. 
Sinifdə şagirdlər müxtəlif qruplara bölünəndə hər bir qrupun 
lideri oranın fasilitatoruna çevrilir. Beləliklə əgər beş qrup varsa, 
deməli sinifdə altı fasilitator var. Bunlardan beşi qrupların 
liderləri, altıncısı isə müəllimdir. Gənc tədqiqatçı, müasir təlim 
texnologiyalarının bilicisi Zülfiyyə Veysova yazır: “Bu, müəllim 
liderliyinin yeni tipidir. Bu liderlik müəllimlə şagirdlərin təhsilin 
məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır. 
Bu zaman müəllim şəksiz nüfuz sahibi kimi sinif üzərində 
“ağalıq” etmir və özünü ondan yüksəkdə tutmur”.
Şübhəsiz ki, sinifdə problemli vəziyyət yaratmaq 
müəllimin aldığı bilikdən, dünyagörüşündən, elmi-pedaqoji 
səviyyəsindən çox asılıdır. Çünki problemin həllinə qoşulan 7-8 
yaşı təzəcə tamam olan uşaqdır. Onun dünyagörüşü də
məsələlərə münasibəti də müəlliminki qədər deyil. Müəllimin 
88
pedaqoji ustalığı burada meydana çıxır. Problemin həllində 
bələdçi olan müəllim biliklərin əldə olunması yollarını göstərir.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin