81
HƏLİMƏ ZEYNALOVA
Neftçala rayonu R.Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli orta
məktəbin ibtidai sinif müəllimi
ANA DİLİ (I sinif)
Mövzu:
Ç səsi və hərfi
Standart: 2.1.3; 2.2.2; 4.1.2; 4.1.8.
Məqsəd:
1. Ç səsi və hərfi ilə şagirdləri tanış etmək.
2. Ç səsi və hərfini heca daxilində və ayrıca tələffüz
etmək
3. Hecalara bölünmüş sözləri oxumaq.
4. Ç səsinin sait və ya samit olduğunu
müəyyənləşdirmək.
5. Ç səsi və hərfi olan hecalardan sözlər düzəltmək.
6. Ç səsi və hərfinin sözlərdə işlənmə yerini
müəyyənləşdirmək.
7. Ç səsi və hərfi olan sözlərdən cümlə qurmaq.
Əsas anlayışlar: Səs, hərf, heca, söz, cümlə.
İş forması: Böyük qrupla iş.
İş üsulu: Müzakirə.
Resurslar: Şəkillər,
kəsmə əlifba, dərslik.
Dərsin gedişi
Motivasiya, problemin qoyuluşu
Qabaqcadan hazırlanmış şəkli yazı taxtasından asıram
və uşaqlara müraciətlə deyirəm:
Gəlin şəkildəki oğlana ad qoyaq.
M. – Şəkildə kimi görürsünüz?
Ş: - Çingizi.
M: - Çingiz nə edir?
Ş: Çalışır.
M. – Hansı Çingiz çalışır?
Ş: - Çayçı.
M. –
Gəlin bu sözlərdən cümlə düzəldək.
82
Ş. – Çayçı Çingiz çalışır.
M. – Bu cümlədə neçə söz var?
Ş: - 3 söz var.
M: - Bu sözlərdə hansı yeni səsi eşidirsiniz.
Ş. – (Ç) səsini.
Sonra
izah edirəm ki, bu gün biz (ç) səsi və hərfini
keçəcəyik. (Ç) səsinin hərfi işarəsini şagirdlərə göstərirəm.
Dostları ilə paylaş: