Tədqiqat sualı: (Q) səsi necə səsdir? O, sözün hansı hissələrində işlənir? Şagirdlərin fərziyyələri dinlənilir və yazı taxtasında
qeyd olunur.
Tədqiqatın aparılması Şagirdlər qruplara bölünür. Hər qrupa iş vərəqi təqdim
edilir.
I qrup 1. Verilmiş sxemdə saitlərdən istifadə edərək hecalar düzəldin və onların tələffüzünə fikir verin. 2. Verilmiş hecalardan
istifadə edərək sözlər düzəldin:
Qa, la, ya, yu, yıq, qu
II qrup 1.Nöqtələrin yerinə müvafiq hərfi qoyun:
İl... ar, bayra... , balı..., ... ab, Ora... , ton... al. “Q” hərfi sözün hansı hissələrində işlənə bilər?
2. “Balıq”, “quyu” sözlərini hecalara ayırın.
III qrup 1. Atalar sözlərini oxuyun və “q” hərfinin işləndiyi sözlərin altından xətt çəkin. Yaz dumanı bar gətirər, qış dumanı qar. Qışın qarı, yayın barı. 2. Bayraq şəklini rəngləyin. IV qrup Verilmiş şəkilləri (qaz, quzu, balıq, qarağat, qutu, qarğıdalı, qurbağa, yarpaq, oraq, bayraq, vaqon, toqqa) (q) 80
səsinin sözlərdə işlənmə yerinə görə cədvəldə uyğun gələn qrafaya yapışdırın. Sözün əvvəlində Sözün ortasında Sözün sonunda İnformasiya mübadiləsi Tədqiqat işi başa çatdıqdan sonra qrup üzvləri işlərini
təqdim edirlər. İş vərəqləri lövhədən asılır.
İnformasiyanın müzakirəsi və təşkili Müzakirə sualları: 1. (Q) səsi sözün hansı hissələrində işlənir? 2. Səslə hərfin fərqi nədir? 3. Sözlər necə əmələ gəlir?