Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə23/40
tarix19.06.2022
ölçüsü0,79 Mb.
#117062
1   ...   19   20   21   22   23   24   25   26   ...   40
Ana dili tedrisi metodikasinin aktual problemleri

Ana dili (IV sinif) 
Mövzu: “Nəsirəddin Tusi ilə bostançı” 
Standartlar: 1.1.1; 1.2.1; 1.2.4; 2.1.2;42.2.1. 
Məqsəd: 
1.Əsas ideyanın tapılması. 
2. Mətnin düzgün, ifadəli, şüurlu oxunuşu. 
3. Klaster metodundan istifadə edərək bostançının 
istedad və qabiliyətinin müəyyənləşdirilməsi. 
4. Adət və ənənələrimizin qorunmasını şagirdlərə 
aşılamaq. 
Inteqrasiya: Ana d., Həyat b., Mus., Təs. inc. 
Iş forması: Qruplarla iş. 
Iş üsulu: Müzakirə, iş vərəqləri ilə iş, beyin həmləsi. 
Resurslar: Dərslik, iş vərəqləri, şəkillər. 
Dərsin gedişi 
Motivasiya, problemin qoyuluşu 
Görən dərdi nədir bizim 
Ulduzların, ayların? 
Ürəyini hey yoxlayır 
Teleskopla onların 
Böyük alim, həm filosof 
Çağırırlar adına. 
90
Azərbaycan fəxr eləyir 
Görən kimin adıyla? 
(N.Tusi) 
Köməkçi sual: 
Qarpız, qovun, balqabaq 
Düzülübdür dal-qabaq. 
Becərib suvarıbdır 
Yeyənlərdən o qabaq. 
Nə deyərlər adına? 
Çatın mənim dadıma! 
(bostançı) 
Cavablar alındıqdan sonra müəllim deyir: “Bu gün 
Nəsirəddin Tusi ilə bostançı” mövzusunu keçəcəyik. Əvvəlcə 
mətnlə tanış olaq”. 
Tədqiqatın sualı:Tusi bostançının hansı qabiliyyətini 
qiymətləndirir? 
Tədqiqatın aparılması 
Şagirdlər müxtəlif şəkillərlə (ulduz, ay, planet və 
teleskop) 4 qrupa bölünürlər. Onlara iş vərəqləri paylanır. 
Iş vərəqi 1.
Mətndən bostançının sözlərini ifadəli oxuyun və 
danışın.
Iş vərəqi 2. 
Bostançıya məxsus xüsusiyyətləri müəyyənləşdirin.
Iş vərəqi 3.
Mətndə Tusinin qarpız yedikdən sonra bostançıya 
yenidən qarpız kəsdirdiyi hissəni tapın və düzgün oxuyun.
Iş vərəqi 4. 
Tusi bostançını nə üçün imtahan edir? 
Informasiya mübadiləsi 
Qrupların işləri təqdim olunur. 
Informasiyanın müzakirəsi 
Müzakirə prosesində müəllim şagirdlərə suallar verir. 


91 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin