Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə19/40
tarix19.06.2022
ölçüsü0,79 Mb.
#117062
1   ...   15   16   17   18   19   20   21   22   ...   40
Ana dili tedrisi metodikasinin aktual problemleri

Yaradıcı tətbiqetmə
(Ç) səsinin sözün əvvəlində, ortasında və sonunda 
işləndiyi sözləri tapın və bəzilərinin şəklini çəkin. 
Çin – cin, aç – ac, uç – uc, saç – sac sözlərini cümlədə 
işlədin. 
Qiymətləndirmə. Meyar cədvəli hazırlanır. Dərsin 
bütün mərhələlərində qiymətləndirmə aparılır. 
84
AYNURƏ HÜSEYNOVA 
 
Neftçala şəhər E.Həbibov adına 4 nömrəli orta məktəbin 
ibtidai sinif müəllimi
ANA DİLİ (I sinif) 
Mövzu: F səsi və hərfi
Standart: 
2.1.4. Öyrəndiyi yeni sözləri cümlə içərisində işlədir.
2.2.3. Sözləri hecalarla oxuyur. 
4.1.2. Sait və samit səsləri tanıyır.
4.1.3. Sait səslərə görə sözləri hecalara ayırır. 
4.1.8. Cümləni tanıyır və əsas əlamətlərini sadalayır. 
Məqsəd:
1. “F” səsi və hərfi haqqında məlumat vermək 
2. Şagirdlərin söz ehtiyatlarını zənginləşdirmək. 
3. Şagirdlərin cümlə qurmaq bacarığını inkişaf 
etdirmək. 
4. Şagirdlərdə şəxsi mülahizələrini söyləmək, sərbəst 
fikir yürütmək kimi bacarıqları inkişaf etdirmək. 
İnteqrasiya: Həyat bil. 1.3.1; Təs.inc. 2.2.5.
İş forması: Böyük və kiçik qruplarla iş. 
Resurslar: Şəkillər, iş vərəqləri və dərslik. 
 
Dərsin gedişi 
Motivasiya, problemin qoyuluşu 
“Fidan Fəridənin fincanını təriflədi” cümləsini müəllim 
şagirdlərə təkrar etdirir və suallar verir: 
- Cümlədəki hər bir sözdə hansı eyni səsi eşidirsiniz? 
- (F) səsini cümlədəki sözlərin hansı hissəsində 
eşidirsiniz? 
Sonra müəllim (f) səsi və hərfinin yazılışı və tələffüzü 
haqqında məlumat verir. 
Tədqiqat sualı: (F) səsi necə səsdir və sözün hansı 
hissəsində işlənə bilər? 


85 
Tədqiqatın aparılması
Müəllim dərslikdən istifadə edərək tədqiqat işi aparır. 
Şagirdlər əvvəl açıq, sonra qapalı hecaları oxuyurlar. Dərslikdəki 
şəkillər müəllim tərəfindən adlandırılır və şagirdlər bu sözlərdə 
(f) səsinin yerini müəyyənləşdirirlər. Verilmiş söz birləşmələri 
oxunulur və şagirdlər onların cümlədən fərqini söyləyirlər.
Şagirdlər rəngli kartlar (qara, qırmızı, göy, yaşıl, sarı) 
vasitəsilə 5 qrupa bölünür və hər qrupa iş vərəqi təqdim edilir. 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin