83
Beləliklə, (ç) səsinin (c) səsindən nə ilə fərqləndiyi şagirdlərə
izah olunur:
M. –
Çiçək və cücə şəkillərinə baxın. Onlar bir-birindən
nə ilə fərqlənirlər?
Ş. –
Çiçək bitkidir, cücə isə quşdur.
M.-
Çiçək nə edir?
Ş. –
Ləçəklənir, çiçək açır.
M. –
Bəs cücə nə edir?
Ş. –
Cücə cikkildəyir, dənləyir.
M. –
Baxın, uşaqlar, “çiçək” sözündə (ç), cücə sözündə
isə (c) səsi eşidilir. Çiçək cücədən fərqləndiyi kimi “ç” hərfi də
“c” hərfindən fərqlənir.
Nəticə və ümumiləşdirmə
Şagirdlərin diqqətini tədqiqat sualına yönəldərək qeyd
edirəm ki, samit səslər sait səslərə qoşulduqda
heca əmələ
gətirirlər. Hecalar birləşib sözlər əmələ gətirir. Cümlə sözlərin
birləşməsindən əmələ gəlir.
Dostları ilə paylaş: