Microsoft Word Shelale Nebiyeva doc


MÜASİR DƏRS, YENİ TƏLƏBLƏR



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə27/40
tarix19.06.2022
ölçüsü0,79 Mb.
#117062
1   ...   23   24   25   26   27   28   29   30   ...   40
Ana dili tedrisi metodikasinin aktual problemleri

MÜASİR DƏRS, YENİ TƏLƏBLƏR 
Müasir dövrdə təhsilimizin yeniləşməsini tələb edən 
mühüm amillərdən biri fənlərin həddindən artıq muxtariyyətləş-
məsidir. Yəni fənlər bir-birindən o qədər uzaq düşüb ki, onların 
arasında keçilməz sədlər yaranmışdır. Hətta bir fənnin müxtəlif 
bölmələri arasında da sərhədlər mövcuddur. Indi ali məktəbdə 
Azrbaycan dilindən dərs deyən müəllimin konkret elm sahəsi var. 
Ədəbiyyat fənni də belədir. Hətta bir bölməni mükəmməl bilən 
bir alim o biri bölmələri ya zəif bilir, ya da bilmir. Qədim 
ədəbiyyat mütəxəssisi XX əsr ədəbiyyatını, müasir dövr 
mütəxəssisi isə qədim dövrü bilmir. Bu, sovet təhsil sisteminin 
lüzumsuz ixtisaslaşmasıdır. Elmi ədəbiyyatın inkişafı təhsilə, 
praktikaya yönəlmədiyinə görə onun elmi nəticələri də yalnız bir-
iki mütəxəssisə lazım ola bilir. Müasir təlim isə tələb edir ki, 
nəinki dilin və ədəbiyyatın ayrı-ayrı şöbələri, dil və ədəbiyyat 
bütöv bir ixtisas olmalıdır. Orta məktəbdə ana dili və ədəbiyyatın 
müəllimi olduğu kimi, ali məktəbin mütəxəssisi də hər iki elm 
sahəsini dərindən bilməlidir. Belə olmasa dilin incəliklərini, onun 
məntiqi, emosional, obrazlı keyfiyyətlərini öyrətmək mümkün 
deyil. Müasir orta məktəbdə dil və ədəbiyyatın inteqrasiyası ilə 
yanaşı ibtidai siniflərdə tarix, təbiət, ətraf aləmlə tanışlıq və s. 
kimi fənlərin koordinasiyası həyata keçirilir.
Ana dilinin tədrisi prosesində intellektlərin kooperativ-
liyi bir problem kimi qarşıya çıxır. Burada kooperativlik sözünü 
həmrəylik kimi də qəbul etmək olar. Müəllim linqvistik intellektə 
malik olan uşaqları digərlərinə qarşı qoya bilməz. Deməli, digər 
intellektlərə meylli uşaqların həmin qabiliyyətləri ilə dilçilərin 
düşüncələri birləşdirilməli, ortaq bir məxrəc tapmalıdır.
Göründüyü kimi digər intellektlər öz qabiliyyətlərini 
linqvistik intellektə kömək etməyə yönəltmişlər. Şübhəsiz ki, 
konkret bir sinifdə bu qədər intellektin mövcudluğu mümkün 
deyil. Müəllim onların neçəsini müəyyənləşdirirsə, onların 


99 
hamısını linqvistik intellektin ətrafında qruplaşdırır. Bir növ dilin 
öyrənilməsində riyazi məntiqin, tarixi məntiqin, idmançının 
intellektini birləşdirməyə səy göstərir. Əgər belə qruplar yarat-
maq müyəssər olarsa onda müəllim hər bir qrup üçün onun öz 
maraqlarına uyğun tapşırıqlar verər. Nümunə üçün Bakı şəhəri, 9 
saylı orta məktəbin ibtidai sinif müəllimi Nailə Abdulovanın bir 
dərsini təqdim edirik.
Ana dili (I sinif) 
Mövzu: Vətən 
Məqsəd: Şagirdlərə vətən, yurd sevgisi aşılamaq. Onlar-
da diyarımızın hər qarışına doğmalıq, torpağımızın qədimliyi, 
sərvətlərimizin bolluğu, dövlətimizin yenilməzliyi barədə veril-
miş bilikləri daha da dərinləşdirmək.
Standart: 1.1.1; 1.1.2; 2.1.2; 2.1.4. 
Inteqrasiya: Mus.; Fiz.tərb. 
Iş forması: Böyük və kiçik qruplarla iş. 
Iş üsulu: Müzakirə. 
Resurslar: Şəkillər, iş vərəqləri, rəngli karandaşlar, 
yapşqan, tapşırıq kartları. 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin