77
MÜASİR DƏRS VƏ QİYMƏTLƏNDİRMƏ
Şagird-müəllim ənənələrinin
ən mühüm ənənələrindən
biri qiymətləndirmədir. Bu elə bir məqamdır ki, şagird həm əldə
etdiyi biliklərin səviyyəsini anlayır, həm də gələcək fəaliyyətinin
istiqamətini müəyyənləşdirir. Qiymətləndirmə müəllimi də,
valideyni də, şagirdi də eyni dərəcədə maraqlandırır.
Çünki
müasir qiymətləndirmə sistemi təkcə şagird nailiyyətlərinə deyil,
həm də müəllim fəaliyyətinə yekun vurur. Bir qədər geniş
götürdükdə hər bir şagirdin
nailiyyəti bütün sinfin, məktəbin
nailiyyətlərinə təsir göstərir.
Müəllim dərsə başladığı ilk gündən sonu (nəticəni)
görməyə can atır. Buna görə də o, birinci
gündən dərsə başlamaq
üçün xüsusi plan tərtib edir. Buna dərsin planlaşdırılması deyilir.
Məsələn, “Anamızdır Azərbaycan” mövzusunu birinci
sinifdə tədrisi müəllim Təhsil Problemləri İnstitutunun
Kurrikulum mərkəzinin əməkdaşı Nazilə Mehdiyevanın təqdim
etdiyi dərs nümunələri 2 variantdan ibarətdir.
SƏİDƏ İSMAYILOVA
Neftçala rayonu S. Kərimov adına Qədimkənd orta məktəbinin
ibtidai sinif müəllimi
Ana dili (I sinif)
Mövzu:
Q səsi və hərfi
Standart: 2.1.3; 2.1.4; 2.2.1; 2.2.2; 2.2.3; 4.1.2.
Məqsəd:
1. Q səsi və hərfini tanımaq.
2. Q səsi və hərfindən hecalar düzəltmək.
3. Q səsinin
sait və ya samit olduğunu
müəyyənləşdirmək.
4. Q səsi və hərfi olan hecalardan sözlər düzəltmək
78
5. Q səsi və hərfinin sözün əvvəlində, ortasında və
axırında
işlənməsi, (q) səsinin tələffüzü haqqında məlumat
vermək.
6. Q səsi və hərfi olan sözlərdən cümlə qurmaq.
İnteqrasiya: Mus., Həyat bil., Rəsm.
Əsas anlayışlar: Səs, hərf, heca, söz, cümlə.
İş forması: Böyük və kiçik qruplarla iş.
İş üsulu: Müzakirə, beyin həmləsi.
Resurslar:
Şəkillər, iş vərəqləri, kəsmə əlifba, dərslik,
heca cədvəli, maqnitafon.
Dərsin gedişi
Motivasiya, problemin qoyuluşu
Yazı taxtasının bir tərəfində qarğalar, qazlar və
qurbağalar təsvir olunub. Digər tərəfdə isə “Qar...qar...qar!!!”,
“Qa,.. qa... qa!!!”, “Qur... qur... qur!!!” sözləri yazılıb.
Moqnitofondan ardıcıl olaraq qarğaların, qazların,
qurbağaların səsləri eşidilir.
- Bu nəyin səsidir? (qarğaların)
- Qarğaları göstərin və onları uyğun səsləri əks etdirən
sözlərlə birləşdirin. Qarğalar nə edir? (qarıldayır –
Qar...qar...qar!!!)
- Bu nəyin səsidir (qazların)
- Qazları göstərin və onları uyğun səsləri əks etdirən
sözlərlə birləşdirin. Qazlar nə edir? (qaqqıldayır – Qa... qa...
qa!!!)
- Bu nəyin səsidir? (qurbağaların)
- Qurbağaları göstərin və onları uyğun səsləri əks
etdirən sözlərlə birləşdirin. Qurbağalar nə edir? (quruldayır –
Qur... qur... qur!!!)
- Bu səslərdə hansı səs daha çox eşidilir?
(q) səsi).
- Gəlin, (q) səsinin yazılışı ilə tanış olaq (kitabdakı «q»
hərfinin yazı və çap şəklini şagirdlərə nümayiuş etdirirəm).