Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə31/40
tarix19.06.2022
ölçüsü0,79 Mb.
#117062
1   ...   27   28   29   30   31   32   33   34   ...   40
Ana dili tedrisi metodikasinin aktual problemleri

 
 
 
 
 
 
 
 
 
112
ŞAGİRD NAİLİYYƏTLƏRİNİN 
QİYMƏTLƏNDİRİLMƏSİ 
Qiymətləndirmənin əsas məqsədi təlim və tədris 
prosesini istiqamətləndirməkdir.
Qiymətləndirmənin nəticələrindən təhsilin səviyyəsini 
yüksəltmək, əldə olunmuş nailiyyətlər haqqında məlumat 
toplamaq, müəllimin, şagirdin, kurrikulum uğurlarını müəyyən 
etmək, şagird nailiyyətlərini müqayisə etmək üçün istifadə 
olunur.
Ənənəvi olaraq şagirdlərin qiymətləndirilməsində 
onların əldə etdikləri bilik, bacarıq və vərdişlər götürürlür. 
Bunların qiymətləndirilməsi üçün istifadə olunan əsas formalar 
yoxlama yazı işləri və şifahi cavablardır. Ənənəvi təhsildə iki 
qiymət növü var: cari və yekun qiymət. Cari (gündəlik) qiymət 
ayrı-ayrı mövzu və bölmələrin şagird tərəfindən mənimsənil-
məsini yoxlayır. Yekun qiymət isə tədrisin nəticələrini ümumi-
ləşdirir. qiymətləndirmə daha çox kəmiyyətcə aparılır.
Yeni qiymətləndirmə sistemi şagirdin yalnız biliyinin 
qiymətləndirilməsini nəzərdə tutmur. Yeni sistemdə şagird 
nailiyyətlərinin qiymətləndirilməsi, biliklərə yiyələnmə qabiliy-
yəti, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarığı haqqında 
məlumatların toplanması və təhlili prosesidir. Şagird nailiyyət-
lərinin qiymətləndirilməsində məqsəd şagirdin irəliləyişlərinin 
(eləcə də geriləmələrinin) izlənilməsi və nəticələrinə əsasən təlim 
prosesində qərarların qəbul edilməsi və bu nəticələr barədə 
valideynlərə informasiya verilməsidir.
Yeni qiymətləndirmə sistemində yalnız şagird nailiy-
yətləri (onlar nəyi bilir, bacarır və ya nəyə qadirdir) deyil, həmçi-
nin bu nailiyyətlərə çatmaq üçün şagirdin fəaliyyəti (şagird necə 
öyrənir, düşünür, davranır) qiymətləndirilir.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi çox geniş və 
əhatəli prosesdir. Bu proses sadəcə şagirdin nail olduğu təlim 


113 
nəticələrinin səviyyəsini müəyyənləşdirməyə deyil, bütövlükdə 
təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Başqa sözlə, 
qiymətləndirmə keyfiyyəti idarə edən mühüm bir amil kimi 
meydana çıxır.

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin