69
ətraf aləmlə tanış edən məlumat və bilik dairəsini genişləndirən
şəkillərlə zəngindir. Burada səslərin tələffüzə görə iki yerə
ayrılması məsələlərinə həsr olunmuş hissələr də öz əksini tapır. I
sinifin ən maraqlı məşğələləri əlifba təlimi dövrüdür.
Bu dövrdə
onlar səslə hərfi ayırır, oxu teknikası vərdişlərinə yiyələnir, söz,
heca anlayışlarını, səslərin növləri, onların arasındakı fərq
öyrənilir. Bu dövrdə həmçinin şagirdlərin dinləmə və
mənimsəmə bacarıqları inkişaf etdirilir. Mətndə ibtidai siniflər
üçün nəzərdə tutulan “ana dili” fənni üzrə məzmun standartlarına
uyğundur.
“Müəllim üçün vəsait” adlandırılan kitab ana dilinin
tədrisi metodikası sahəsində tamamilə yeni bir addımdır. Bu
kitabın əsas məziyyətlərindən biri Avropa təhsili praktikasına
əsaslanan metodika ilə zəngin olmasıdır. Bu metodika bizim
üçün yenidir. Buna görə də bir sıra məqamlarda anlaşılmaz kimi
görünə bilər. Qərb təhsil sisteminin əsas xüsusiyyətlərinə
arxalanan icmalların strukturu, dərsin mərhələləri haqqında yeni
biliklər verir. Müəlliflər hər bir dərsin müasir pedaqoji baxışlara
əsaslanan yeni tipli planını tərtib etmişlər.
Vəsaitin əvvəlində müəlliflərin təqdim etdiyi girişdə
müasir təlimin əsas prinsipləri səciyyələnərkən müəllimin
qarşısında qoyulan aşağıdakı vəzifələr
xüsusi intonasiya ilə
vurğulanır: müəllim tərəfindən şüurlu şəkildə problemli
situasiyanın yaradılması, onun həlli prosesində şagirdlərin
tədqiqatçılığa cəlb olunması, sinif üçün yeni və zəruri olan
biliklərin şagirdlər tərəfindən kəşf olunması üçün şəraitin
yaradılması.
Müəllimlər öz metodlarında bu tipli yanaşmanın yeni və
əhəmiyyətli cəhətlərini aydınlaşdırmışlar. Onlar göstərmişlər ki,
biliklərin “hazır” şəkildə verilməsi əhəmiyyətsizdir. Az vaxtda
unudulur. Şagird onu heç zaman tətbiq edə bilmir. Buna görə də
müəllimin zəhməti hədər gedir. Şagirdə bilik vermək deyil,
bacarıq aşılamaq lazımdır. Belə olanda
hər bir şagirdin
70
qabiliyyəti üzə çıxır, onda elmi öyrənmək vərdişləri yaranır.
“Ana dilinin tədrisində fəal, interaktiv təlim metodu” adlanan
bölmədə bu problem yüksək elmi səviyyədə əsaslandırılır.
Bu kitabın I sinifdə tədrisini nəzərə alan müəlliflər yeni
tipli metodika ilə keçiləcək dərslərin əsas mərhələləri haqqında
da müfəssəl məlumat verirlər. Motivasiyanın qoyuluşu,
tədqiqatın aparılması, informasiya mübadiləsi, informasiyanın
müzakirəsinin təşkili, nəticə, yaradıcı
tətbiqetmə
və
qiymətləndirmə ilə bağlı pedaqoji anlayışlar da bizim
metodikamızda tamamilə yenidir. “Müəllim üçün metodiki
vəsait”in maraqlı bölmələrindən biri əlifba təliminə hazırlıq
dövrü ilə bağlı irəli sürülən mülahizələrdir. Müəlliflər bu
mülahizələrini “məqsədlər” şəklində ifadə edərək aşağıdakıları
qeyd edirlər.
* Şagirdləri sözlərin xüsusiyyətləri ilə tanış etmək
* Əşya, əlamət və hərəkət
bildirən sözlərin əsas
əlamətləri ilə tanış etmək
* Şagirdlərin cümlə qurmaq bacarıqlarını inkişaf
etdirmək
Bu məqsədlərə çatmaq üçün müəlliflərin konkret
işarələrdən istifadə edərək hansı sözün ad, hansının hərəkət,
hansının əlamət bildirdiyini işarələməyi təklif edirlər. Bu cür
yanaşma bağça oyunlarının məktəbdə davamı kimi çox
maraqlıdır. Uşaq hələ anlaya bilmədiyi isim, sifət, fel və s kimi
anlayışları deyil, onların əsas mahiyyətini dərk etməyə başlayır.
Əşyanın adının isim, hərəkətinin fel, əlamətinin sifət olduğunu
sonra öyrənəcək və həmin bilik daha əsaslı olacaq.
Uşaqların məktəbə gəlməsi sentyabrın III həftəsinə
təsadüf edir. Bu çox uğurlu bir vaxtdır. Onlar yayda meşələri,
quşları, çayları və müxtəlif heyvanları dinləyib
məktəbə
gəlmişlər. Çayların şırıltısı, quşların cəh-cəhi, heyvanların
mələşmə səsi hələ onların qulağındadır. Ilk hftələrdə uşaqlar
təbiətdə gördüklərini indi sinifdə tablolarda görür, yay xtirələrini
71
yada salırlar. Indi müəllimin qarşısında çətin bir vəzifə dayanır.
O, təbiətin səsini yenidən xatırmalı və həmin səslərin işarələri
olan hərfləri öyrənməlidir. Bu səslərin içərisində sait və
samitlərini seçmək üçün onların əlinə bir açar verməlidir. Uşaqlar
təbiətdən öyrəndikcə səsləri əlifbaya çevirməyi bacarmalıdırlar.
Başqa sözlə təbiətin verdiyi estetik hiss uşaqlarda passiv şəkildə
qalmır və intellektə çevrilir. Estetik
hiss intellektə çevriləndə
passiv duyğuların aktiv əqli keyfiyyətlər qazanmasına səbəb olur.
Əslində bu elə bir prosesdir ki, hər bir müəllim bu işi
özü üçün estetik zövq mənbəyinə çevirə bilər.
Səslərin iki mühüm hissəyə saitə və samitə ayrılmasını
izah etmək üçün yenə də təbii səslər köməyə gələ bilər. Səslərin
az hissəsi saitdir. Uşaq 9 saiti o birilərdən daha asan seçə bilir.
Buna görə də sait səslərin üzərində dayanıb onu başqalarından
seçməyə çalışmaq lazımdır.
Bunun üçün müxtəlif test tapşırıqları hazırlamaq olar.
Dostları ilə paylaş: