55
düşüncə yaranmasa onun inkişafı olmayacaq. Çünki mövcud
elmi nailiyyətlər ümumi qanunauyğunluqları müəyyənləşdirir.
Buna görə də biz tərtib etdiyimiz testlərdə sualları elə şəkildə
qurmalıyıq ki, şagirdin konkret intellektinə yönəlsin. Test
cavablarını hazır biliklərin yoxlanmasından məntiqi düşüncəyə
istiqamətləndirmək daha çox əhəmiyyətlidir. Tam bildiyimiz
şeylərin içindən bilmədiklərimiz cəhətləri araşdırmaq bacarığı
yaratmalıyıq.
O şey ki, bizlərə tam aşikardır,
Orda da gizli bir xəzinə vardır.
N.
Gəncəvi bu beyt ilə deyir ki, bildiyimiz bir şeyin
içində minlərlə bilmədiyimiz sirlər vardır. həmin sirləri
öyrənməyə səy etməliyik. Bu kəlam müasir təlim strategiyasının
əsasını təşkil edə bilər. Bizim bildiklərimizin içərisində
bilmədiyimiz minlərlə cəhət mövcuddur. Əgər müəllim öz
dərsinə bu məntiqlə yanaşsa elmin tərəqqisi
yolunda şagirdləri
düzgün istiqamətləndirmiş olar.
Dostları ilə paylaş: