97
Müasir təhsilin mahiyyətini dərk etməyən “öyrətmək”
yox, “öyrənmənin yollarını öyrənmək” anlayışlarını yaxşı başa
düşməyən bəzi müəllimlər köhnə təhsilə daha çox üstünlük
verirlər. Çünki həmin sistemdə müəllimin
fasiləsiz təhsili
anlayışı yoxdur. Müəllim nə zamansa öyrəndiyi faktları
öyrətməyə daha çox üstünlük verir. Həmin yol asandır. Lakin
məqbul deyil. Çünki uşaq əzbərlədiyini bir neçə gündən sonra
unudur və müəllimin zəhməti hədər gedir. Müasir təlim
müəllimin də fasiləsiz təhsilinə daimi tədqiqatçı olmağa
şərait
yaradır. Yeni tipli müəllim daim axtarışda olur, yenilikləri tətbiq
edir, köhnə üsullardan asanlıqla imtina edə bilir. Bu proses təkcə
şagird
intellektini deyil, həm də müəllim düşüncəsini
zənginləşdirir.
Bu prosesdə “bilik qazanmaq”, “biliyi əldə etmək”
deyil, şagird bacarıqlarının yaradılması mühüm bir amildir.
Əşyanın adının, onun ümumi və xüsusi keyfiyyətlərinin
olmasını, ad bildirən sözlərin hallanmasını müəyyənləşdirmək
bacarığını əldə edən uşaq onun elmi adının “isim”
olduğunu
sonra bilməsinin elə bir qorxusu yoxdur. Əsas məsələ ismə
ayrılan keyfiyyətlərin şagird tərəfindən duyulması, onu başqa
nitq hissələrindən seçmək bacarığının təmin olunmasındadır.
Həmin bacarığın tədris prosesində
vərdişə çevrilməsi yaddaşda
həmişəlik qalmasını təmin edir.
98
Dostları ilə paylaş: