95
Birdən kolların dibində söhbət edən iki çaqqalın
səsini
eşitdi. Çaqqallardan biri o birinə deyirdi:
- Sən dovşansan. Lap ondan da qorxaqsan.
- Dovşan sənsən-deyə o biri çaqqal cavab verdi.
Elə bu zaman dovşanın adı yadına düşdü.
- Dovşan! Əlbəttə, mənim adım dovşandır. O, sevinə-
sevinə yoluna davam etdi.
Qruplara aşağıdakı suallar paylandı.
I qrup
Bu hekayənin müəllifi sən olsaydın
onun sonuna
aşağıdakı cümlələrdən hansını artırardın? Niyə?
1. Adı yadına düşəndə qanı qaraldı. Axı dovşan
“qorxaq” deməkdir.
2. Adını eşidəndən sonra dovşan fikirləşdi: Adım aslan
olsaydı necə də gözəl olardı.
3. O, adını yaddan çıxartmamağa söz verdi.
4. Hər kəsə öz adı əzizdir.
II qrup
Hekayədə hansı suala cavab yoxdur:
1. Canavar dovşana nə dedi?
2. Dovşan kirpidən nə soruşdu?
3. Dələ dovşana nə cavab verdi?
Dostları ilə paylaş: