15
müəyyənləşdirən vasitədir. Qiymətləndirmənin nəticəsini şagird
bir cavabdeh kimi gözləmir. O, prosesin içində müəllimlə birgə
fəaliyyətdə olur. Onu analiz edir, bu zaman intellektini itiləyir və
nəticələrə özü gəlir. Əgər bir şeyi bu prosesdə öyrənirsə, onu
tədqiqatçı kimi başa düşür. Qiymətləndirmə ana
dilinin zərifli-
yini, özünəməxsusluğunu öyrənmək yolunda şagird üçün bir
xəritə rolunu oynayır. Müəllim bu xəritəni hələ dərsi planlaş-
dırarkən çəkir. Əslində dərsin planlaşdırılması, onun metodikası
qiymətləndirməyə gedən yolun ən etibarlı magistralı olur.
16
“ANA DİLİ” TƏDRİSİNİN VƏ
DƏRSLİKLƏRİNİN TARİXİ ƏNƏNƏLƏRİ
İlk ibtidai məktəb dərsliklərimizin yarandığı gündən
dilin sadəliyi, məntiqliliyi, obrazlılığı əsas məqsəd kimi qarşıda
dururdu. İlk dərsliklərimizdən birinin müəllifi olan A.Bakıxanov
yazırdı:”Mən nə qədər axtardımsa uşaqların təlimi üçün elə bir
kitab
tapa bilmədim ki, o asan anlaşılan bir dil ilə onların əxlaq
gözəlliyinə dəlalət etsin... Bu kitablarda “Uşaqlıqda öyrənilən
elm daşa qazılmış şəkil kimidir” zərbül-məsəlinin məzmunundan
qəflət olunur. Uşaq yaşlarında hər zamandan daha artıq əxlaq
gözəlliklərini onlara öyrətmək lazımdır.” (12, 5)
Dərslik müəllifi insan ağlının böyük əhəmiyyətini qeyd
edirdi.Uşaqları başa salırdı ki, insan özündən qat-qat güclü olan
heyvanlara və ya təbiətin başqa qüvvələrinə yalnız öz ağlı ilə
qalib gəlir: ” Ey mənim əzizim!
Sən insansan, Allah insanı
dünyada hər şeydən yaxşı yaratmışdır. Görmürsənmi kı,
heyvanlar o qədər böyük bədən və güc ilə insanın əlində əsirdilər.
Bu isə işi yaxşı bacarmaq səbəbindəndir. İnsanlar arasında hər
kəs çox bilikli və iş bilən olsa, həmişə hörmətli olar. Deməli,
gərək iş bilmək və yaxşılıq etmək qaydalarını o adamlardan
öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli
olmuşlar.” (12, 5)
A.Bakıxanov şagirdlərin intellekt qabiliyyətlərinə təsir
etməyə xüsusi əhəmiyyət verirdi. Ona görə də onun
nəsihətnamələrində elmin əhəmiyyəti
haqda deyimlər xüsusi yer
tuturdu. Bakıxanovun nəsihətnamələrindən oxuyuruq:
“-Elm və kamalı əldə etməyi hər şeydən daha əziz tut.
Çünki hər şeyi onların vasitəsilə əldə edirlər.” (11, 7)
“-Hər ürəyin istəyəni eləmə, bəlkə ağlın istəyəni icra et.
Çünki ağıl yaxşı və pisi bir-birindən ayıra bilər. (12, 9)
17
-“Ağıldan və elmdən daha yaxşı bir dövlət yoxdur.
Çünki həmişə səninlə olar və heç kəs onları sənin əlindən ala
bilməz.” (12, 9)
M.Ş.Vazehlə İvan Qriqoryevin birgə hazırlaqıqları
“Kitabi-türki”(1852) dərsliyində də şagird intellektinə təsir
göstərmək, ağıl və kamala çatmaq ideyaları önə çəkilir.
Müəlliflər uşağa elm öyrətməyi məsləhət görür və onun
əhəmiyyətindən bəhs edirlər. Kitabda oxuyuruq:
“Xəlq ölüdür, elm əhli diri”, “Alim cahili tanır ondan
ötrü ki, o cahil var idi və cahil alimi tanımaz
o səbəbdən ki, o
alim olmayıbdır.” (12, 15)
Nəsihətnamələr
şəklində deyilən və aforizm
səviyyəsində olan bu cümlələr çox təsirlidir. Müəlliflər bu
kəlamların təsir gücünü bir az da artırmaq üçün təsvir və ifadə
vasitələrindən, gözlənilməz sözlərdən istifadə edirlər:
“Kim ki tikan əkər, ondan üzüm dərməz”, “Hər kəs ki
xeyrı öyrədir özgəyə, özü əməl eləməz,
o kor kimidir ki, əlində
çıraq ola, özgələr onun çırağı ilə yol tapalar, amma özünə bir
faydası olmaya.” (12, 15, 16)
Birinci aforizmdəki “üzüm dərməz” ifadəsi bu
məqamda gözlənilməz olduğu üçün təsirlidir. Həm də bu ifadədə
gizli bir ironiya var. Uşağa təsir edən elə həmin ironiyadır. İkinci
aforizmdə isə “çıraq” bir obrazdır. Həmin obraz vasitəsi ilə fikir
daha da güclənir və oxucuya təsir göstərir. Əgər əlində çıraq
tutmusansa və ondan istifadə etmirsənsə çıraq əhəmiyyətini itirir.
Ondan başqaları faydalanır. Beləliklə, obrazlı sözə, məntiqə
önəm verən ilk dərsliklərimizdə verilən el ədəbiyyatı nümunələri
də həmin meyarlarla seçilirdi. Dərsliklərə
hər təsadüfi əhvəlat
daxil edilmirdi. İbtidai sinif dərsliklərinə daxil edilən əsərlərin iki
cəhəti xüsusi ilə nəzərə alınırdı:
Dostları ilə paylaş: