Microsoft Word Shelale Nebiyeva doc


ANA DİLİ TƏDRİSİNƏ DAİR MÜASİR TƏHSİL



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə8/40
tarix19.06.2022
ölçüsü0,79 Mb.
#117062
1   ...   4   5   6   7   8   9   10   11   ...   40
Ana dili tedrisi metodikasinin aktual problemleri

ANA DİLİ TƏDRİSİNƏ DAİR MÜASİR TƏHSİL 
NƏZƏRİYYƏLƏRİ 
Öyrənmə nəzəriyyəsi dünya pedaqoji fikrinin və 
psixoloqlarının daim diqqət mərkəzində dayanan problemlərdən 
biridir. Anlatmanın doğru yolunu izləyən metodikanı da eyni 
problem düşündürür. Təhsilin ilk bünövrə daşları qoyulan birinci 
sinifdə müəllimin işi daha gərgin olur. Nəzərə alsaq ki, 2008-ci 
ildən başlayaraq Azərbaycanın bütün birinci siniflərində 
məşğələlər yeni strukturlu dərsliklərlə və metodiki ədəbiyyatla 
həyata keçirilir və bu prosesi uzun illər ənənəvi təlimin sirlərinə 
bələd olan müəllimləri icra edir. Bu işin nə qədər çətin olduğunu 
təsəvvür etmək mümkündür.
Belə bir şəraitdə ibtidai sinif müəlliminin daha dərin 
hazırlığa malik olması, öyrənmə nəzəriyyəsinin əsas elementləri 
ilə tanışlığı böyük əhəmiyyət kəsb edir.
Əlifbanı öyrənməyə başlayan şagirdə mənalı dərs 
situasiyası yaratmağın zəruriliyi meydana çıxır. Mənalı 
öyrənməni həyata keçirmək sahəsində nəzəriyyələr çoxdur. Bu 
nəzəriyyələrin içərisində ABŞ - da daha geniş yayılmış 
konstruktivizm və intellektin müxtəlifliyi ilə bağlı 
nəzəriyyələrdir. Dünya praktikasında bu nəzəriyyələrin 
əhəmiyyəti müxtəlif eksperimentlər vasitəsilə təsdiq edilmişdir.
Bu nəzəriyyənin əsas mahiyyətini bir qədər sonra 
araşdıracağıq. Lakin əvvəlcədən onu qeyd etməyi vacib bilirik ki, 
bir sıra Avropa ölkələrində həmin nəzəriyyələrin əsas aparıcı 
cəhətlərindən istifadə etsələr də müəllimlər öz fərdi qabiliyyətləri 
ilə onları daha da zənginləşdirirlər. Başqa sözlə, dünyanın ən 
böyük nəzəriyyəsi yalnız istedadlı müəllimlər üçün hesablanır. 
Müəllimlər bu nəzəriyyələrin mahiyyətini tam dərk etdikdən 
sonra onu daha da təkmilləşdirir və müasirləşdirir. Hər bir dərs 
müəllimin təzə əsəri hesab olunur. Onun motivasiyasından 
38
başlamış qiymətləndirmə mərhələsinə qədər müəllimin fərdi 
yaradıcılığı ilə zənginləşir. 
Bunları nəzərə alaraq qeyd edək ki, hər bir nəzəriyyə 
tam ehkam kimi qəbul oluna bilməz. Müəllim ondan öz bacarığı 
daxilində bir nəzəri impuls alır, lakin onu keyfiyyətlərlə 
zənginləşdirir. Əslində bu nəzəriyyələr müəllim üçün kompas və 
ya mayak rolunu oynaya bilər. 
Bu nəzəriyyələrin içərisində şagird nailiyyətlərini 
zənginləşdirmək sahəsində başlanğıc sayılan əlifba təlimi 
dövründə Qardnerin “Çoxşaxəli 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin