Microsoft Word Shelale Nebiyeva doc


ANA DİLİ FƏNNİNİN ƏHƏMİYYƏTİ VƏ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix19.06.2022
ölçüsü0,79 Mb.
#117062
1   2   3   4   5   6   7   8   9   ...   40
Ana dili tedrisi metodikasinin aktual problemleri

ANA DİLİ FƏNNİNİN ƏHƏMİYYƏTİ VƏ
VƏZİFƏLƏRİ 
XXI əsrin ilk on illiyi Azərbaycan təhsil sistemində 
köklü dəyişikliklərin baş verdiyi bir dövr kimi səciyyələnir. 
Mübaliğəsiz demək olar ki, bu prosesdə ana dilinin tədrisi üçün 
yeni bir era başlayır. Çünki respublikamızda təhsil islahatları 
ibtidai siniflərdən başlamışdır. 2003-2013-cü illər dünya bankı 
ilə II kredit sazişi əsasında islahat proqramının həyata keçirilməsi 
dövrü kimi səciyyələnir. 
Ibtidai siniflər və onlar üçün kadr yetişdirən ali məktəb-
lərə hazırlanan fənn kurrikulumları 2008-ci ildən tətbiq edilməyə 
başlanmışdır. İbtidai siniflər üçün müasir tələblərə cavab verən 
dərsliklər yaranmağa başlamışdır. Hər bir dərslik üçün müəllimə 
kömək məqsədi ilə metodiki ədəbiyyat yaranması dövlətin bu işə 
çox ciddi bir sahə kimi əhəmiyyət verdiyini şərtləndirir. 
“Kurrikulum” ümumtəhsil məktəblərində ana dilinin 
tədrisi milli maraqlar və dövlətçilik baxımından vacib məsələlər-
dən biri hesab edilir. Dünya ölkələrində ana dilinin öyrədilməsi 
milli təfəkkürün formalaşmasında mühüm vasitə kimi yüksək 
dəyərləndirilir. Milli Kurrikulumlar, bir qayda olaraq, ana dili ilə 
başlanır. Təhsilin ümumi inkişaf səviyyəsini müəyyənləşdirmək 
üçün keçirilən beynəlxalq və milli qiymətləndirmələrdə ana dili 
üzrə standartların mənimsənilməsinə xüsusi diqqət yetirilir. 
Bütün bunlar isə bir fənn kimi ana dilinin şəxsiyyətin formalaş-
masındakı müstəsna rolu ilə bağlıdır. Firidun bəy Köçərlinin 
fikrincə, “Ana dili millətin mənəvi diriliyidir... Ananın südü 
bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır”. 
Ana dilinə yiyələnmə ailədən başlayır. Uşaq məktəbə 
gələnədək ana dilinin köməyi ilə ətraf aləm haqqında müəyyən 
təsəvvürlər əldə edir. Bu onun lüğət ehtiyatını zənginləşdirir, 
dəqiqləşdirir, əşya və hadisələr haqqında fikirlərini formalaşdırır, 
başqalarının dediklərini anlamağa imkan yaradır. Məktəbdə isə 
8
həmin iş sistemli, ardıcıl, mütəşəkkil davam etdirilir. Məhz buna 
görə də ana dilinin öyrənilməsi Milli kurrikulumda özünəməxsus 
yer tutur.
Ana dilinin öyrənilməsi şagirdlərin ünsiyyət imkanlarını 
genişləndirir, onlarda nitq fəaliyyətinin növləri ilə yanaşı, 
düşünmə, öyrənmədanışma bacarıqlarını formalaşdırır. 
Nəticədə bu dil düşünmə, öyrənmə, danışma vasitəsinə çevrilir.
Ana dili ümumtəhsil məktəblərində tədris olunmaqla 
şagirdlərdə nitq mədəniyyətinin formalaşmasına xidmət edir. 
Şagirdlər bu fənnin vasitəsilə milli mədəniyyət nümunəsi kimi 
ana dilini öyrənir, onun səs sisteminə, lüğət ehtiyatına, üslubi-
qrammatik xüsusiyyətlərinə yaxından bələd olur, elmi, bədii 
publisistik və digər üslublarda yaradılmış ədəbiyyat nümunələri 
ilə tanış olmaq imkanı qazanırlar. Eyni zamanda bu dildən 
istifadə edərək öyrənəcəkləri digər fənlərin daha yaxşı 
mənimsənilmə potensialını genişləndirirlər. 
Orta məktəbi başa vuran gənclər təhsilini davam 
etdirmək, müxtəlif sahələrdə işləmək üçün müasir dövrün 
iqtisadi, hüquqi və texnoloji çətinliklərinə hazır olmalı, onların 
aradan qaldırılmasında təşəbbüskarlıq və fəallıq göstərməlidirlər. 
Bunun üçün təkcə elmi-nəzəri hazırlıq deyil, həm də yüksək 
əxlaqi-mənəvi keyfiyyətlər, o cümlədən, dil və ünsiyyət 
bacarıqları əldə olunmalıdır. Hər bir şəxs müxtəlif formalı və 
məzmunlu mətnləri səlis, şüurlu oxumağa, yazılı və şifahi şəkildə 
səmərəli və yaradıcı ünsiyyət qurmağa qadir olmalıdır. Bu 
baxımdan, Ana dilinin bir fənn kimi təlim əhəmiyyəti böyükdür.
Ana dili qüdrətli tərbiyə vasitəsidir. Şagirdlər onun 
vasitəsilə milli-mənəvi sərvətlərimizi öyrənir, əxlaqi dəyərlərə və 
yüksək insani keyfiyyətlərə yiyələnirlər. 
Ümumtəhsil məktəblərində Ana dili təliminin məqsədi 
ümumi nitq və dil bacarıqlarını formalaşdırmaqla şagirdlərin nitq 
mədəniyyətinə yiyələnmələrini təmin etməkdən ibarətdir. Buna 
görə də: 



* nitq və dil bacarıqlarına yiyələnməklə ümumi nitq 
inkişafına nail olmaq; 
* Ana dilinin düşünmə, öyrənmə və danışma vasitəsi 
olmasını dərk etmək; 
* davamlı təhsil prosesində, praktik fəaliyyətində 
istifadə üçün potensial bilik və bacarıqlara yiyələnmək vacib 
hesab edilir. 
Azərbaycan Respublikasında ümumi təhsilin Milli 
Kurrikulumu çərçivə sənədində müəyyən edilmişdir ki
ümumtəhsil məktəblərində Ana dilinin tədrisi vasitəsilə: 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin