AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
Şəlalə NƏBİYEVA,
pedaqoji elmlər namizədi
ANA DİLİ TƏDRİSİ
METODİKASININ
AKTUAL PROBLEMLƏRİ
(Metodik vəsait)
Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-
Metodik Şurası “Azərbaycan dili və ədəbiyyatı”
bölməsinin 17 noyabr 2009-cu il tarixli iclasının
qərarına əsasən çap edilir (pr. № 38).
BAKI-2010
2
Elmi redaktor:
Buludxan XƏLİLOV,
filologiya elmləri doktoru, professor
Rəyçilər:
Himalay QASIMOV,
filologiya elmlər doktoru, professor
Nadir ABDULLAYEV,
professor
Bu vəsait müasir təlim texnologiyalarının verdiyi imkanlar
daxilində ana dili tədrisinin bu
gün üçün zəruri olan aktual
problemlərindən bəhs edir. Vəsaitdə “Ümumtəhsil məktəblərinin I-
IV sinifləri üçün kirrikulumları” konseptual
sənədin ana dili ilə
bağlı hissəsinin izahı, fəal interaktiv təlimin əsas məqamları, yeni
qiymətləndirmə meyarları və s. məsələlərdən bəhs olunur. Vəsait
ibtidai
sinif müəllimləri, müəllim hazırlayan universitetlərin ibtidai
təhsil pedaqogikası və metodikası fakültəsinin
magistrləri, kollec və
məktəblərin pedaqoqları üçün nəzərdə tutulmuşdur.