5 Dilimizin tərkibində özləşmə meylləri.
Müasir Azərbaycan ədəbi dili XX yüzillikdə özünəməxsus inkişaf yolu keçmişdir. Dilimiz bu dövrdə bir sıra mənfi və ya müsbət təsirlərə məruz qalmış, sonda mütərəqqi meyillər üstünlük təşkil edərək, dilimizin qənaətbəxş hesab edilən mənzərəsini yaratmışdır. Bu meyillərdən biri dilimizdəki özəlləşmə prosesidir. Dildə onun sistem – sturuktur təbiətinə uyğun gəlməyən sözlərin həmin dilin öz vahidləri hesabına əvəzlənməsinə özəlləşmə deyilir ki, bu, hər bir milli dil üçün xarakterikdir. Bizim dilimizdə də bu proses 30 –cu illərdən başlamış, görkəmli söz ustadlarımızın səyi ilə bir sıra yeni leksik vahidlər işləklik statusu qazanmışdır. Buna qurultay, bildiriş, arayış, görüntü, seçki, ildönümü, zərbəçi, beşillik və s kimi onlarca sözü nümunə gətirmək olar. Həmin proses 60 – cı illərdə də hiss olunurdu.
əlbəttə, özəlləşmə meyilləri çox təbii haldır. Bu, dilin özünəməxsusluğunu, milli təbiətini, ənənəvi sözyaratma üsulunu mühafizə edib – saxlamağa can atmaqdır ki, bu yalnız alqışlanmalıdır. Lakin dildəki bütün əcnəbi sözləri dəyişmək, bəzən süni “söz quraşdırmaq” yolunu tutmaq özünü doğrulda bilməz. Məsələn, müasir türkcədə “araba” deyilməsi nə dərəcədə ədalətlidir? Halbuki həmin arabanın təkəri və sükanı əcnəbi sözlərlə ifadə olunur. Dilin özləşməsi qanunauyğun, təbii yolla zorsuz aparılmalıdır. Bu prosesin 3 istiqamətini qeyd etmək olar: 1) söz ustasının qədim mənbələrdən, xalq dilindən söz götürməsi yaxud mövcud oxşarlıq, yaxud da öz təxəyyülü vasitəsilə yaradılmış yeni söz;
cəmiyyətin özündə müəyyən hadisə ilə bağlı “söz partlayışı ” vasitəsilə söz yaranması; 3) başqa türk dillərinin təsiri ilə dilə sözün gəlməsi.
Son zamanlar dilimizdə vətəndaçlıq pasportu almnış aşağıdakı sözlər məhz söz ustalarımızın, bir sıra dilçi alimlərimizin zəhmətinin, qardaş türkcəsindən keçmənin məhsuludur.
Çimərlik, duracaq, yüzillik, saxlanc, utanc, əyləc, dönəm, çağdaş, nəfəslik, vərəqçə, özəl, bölgə, bilgisayar, soyad və s.
Bəzən dildən çıxmış sözlər də yenidən istifadəyə gətirilir. Məsələn, çavuş, yarlıq, ulu, nəsnə, dürlü və s.
Xalqımızın müstəqil dövləti dilin özləşmə prosesinə xüsusi imkan və şərait yaratmış, dilimizin öz sözləri görünməyən işləklik meydanı qazanmışdır.
Dostları ilə paylaş: |