7 Nitq istisnaları. Natiqlik sənəti. Nitq etiketləri
ədəbi dildə sabit qaydalarla yanaşı həmin qaydalarla uyuşmayan dil hadisələri də olur. Bunlara nitq istisnaları deyilir. Dildə istisnaların olması müəyyən tarixi, ictimai təsirlərlə bağlı olur və bu, hər bir dil üçün təbii haldır.
Müasir ədəbi dilimizdə istisnalar – müəyyən dövr üçün qeyri – normativ hallar normanın tarixi hərəkətinin- təkamülünün , inkişafının nəticəsi kimi ortaya çıxır.
Nitq istisnaları iki halda yaranır.
öz dövrünü keçirmiş nitq vahidləri bu və ya digər üslubda “ilişib” qalır;
yeni daxil olmuş dil vahidləri bir müddət normativləşmir.
Nitqi mövcud ədəbi dil normalarına uyğun olmaqla yanaşı, həm də dəqiq və gözəl olan adamlar natiq adlanırlar. Natiqlik sənətinə verilən tələblər bunlardır.
düzgün, dəqiq və gözəl danışmaq;
dinləyicilərin səviyyəsini nəzərə almaq, yəni auditoriya üçün anlaşıqlı danışmaq;
nitqin intonasiyasına və ritminə uyğun bədən, üz, baş və əl – qol hərəkətləri etmək;
mümkün qədər yığcam danışmaq, mətləbdən kənara çıxmamaq;
nitqə əvvəlcədən hazırlaşmaq, onun əsas mərhələlərini müəyyənləşdirmək, nəyə nail olacağını əvvəlcədən konkretləşdirmək.
Platon, Aristotel,Demosfen, Siseron... öz dövrlərinin böyük natiqləri olmuşlar. Xalqımızın da hər dövrdə böyük natiqləri olmuşdur. N, Gəncəvi, Ş. İ. Xətayi, İ. Nəsimi, M. Ə. Rəsulzadə, X. R, Ulutürk, H. Əliyev və s.
Natiqliyin müxtəlif sahələri vardır:
Bədii natiqlik – burada bədii ədəbiyyatın süsusi məlahətlə, emosional, həm də professional ifası nəzərdə tutulur.
Akademik natiqlik – burada elmi - fəlsəfi məzmunlu rəvan nitqlə söylənən canlı danışıq meyar sayılır. Müəllimin danışığı akamedik danışığa nümunə ola bilər.
Siyasi natiqlik – siyasi mövzularda siyasət adamlarının, dövlət xadimlərinin, beynəlxalq icmalçıların, diplomatların nitqidir.
Inzibati – idarə natiqliyi – idarə başçılarının, vəzifə sahiblərinin öz işləri haqqında peşəkar danışığı mənasında başa düşülür.
Işgüzar natiqlik – biznes adamlarının iqtisadi – idarəçilik mövzusunda peşəkar danışığıdır.
Hər bir xalqın dilində olan milli təfəkkürünə, etnoqrafiyasına uyğun olaraq, müraciət, ayrılma, görüşmə, təbrik və s formaları olur ki, həmin etiketlərə əməl etmək nitq mədəniyyətinin və ümumiyyətlə mədəniyyətin göstəricisi sayılır.
Daha çox yayılmış etiket formaları bunlardır:
müraciət etiketləri – müsahib yaşca böyük olduqda, yaxud ortada tanışlıq olmadıqda ona “siz” deyə müraciət olunur. Bundan başqa, Xanım!, Cənab!, Müəllim! və s. kimi müraciət formaları da vardır.
Görüşmə etiketləri – Salam!, Salaməleyküm!, Xoş gördük!, Xoş gəlmisiniz!
Ayrılma etiketləri – Xudahafiz!, Salamat qalın!, Allah amanında! və s.
Təbrik etiketləri – Təbrik edirəm!, Mübarəkdir!, Gözünüz aydın və s.
Alqışlar, qarğışlar və söyüşlər də nitq etiketləri sırasına daxildir.
Dostları ilə paylaş: |