8 Morfologiya.Əsas nitq hissələri.İsim, sifət, say.
Qrammatika dilin qrammatik quruluşunu öyrənən bir elmdir.Morfologiya da qrammatikanın bir hissəsidir.Morfologiyanın obyekti sözdür.Morfologiya leksikologiyadan fərqli olaraq, sözün vahid leksik mənasını yox, onun (sözün) geniş qrammatik mənalarını öyrənən bir elmdir.
Isim əsas nitq hissələrindən biridir.İsimlər dildə olan bütün sözlərin ən mühüm bir qismini təşkil edir.İsimlər bütün varlıqların adlarını bildirən sözlərdən ibarətdir.İsimlər bizi əhatə edən bütün maddi varlıqların şüurumuzdakı müxtəlif təzahürlərinin adlarını bildirən sözlərdir.İsimlər yalnız maddi varlıqların deyil, bütün mənəvi və mücərrəd anlayışların da adlarını bildirir.
Müxtəlif məfhumları ifadə edən bütün isimləri məna növlərinə görə 3 qismə ayırmaq olar.
1.konkret və mücərrəd varlıqların adlarını bildirən isimlər
2.xüsusi və ümumi isimlər
3.təklik və topluluq bildirən isimlər
Konkret və mücərrəd varlıqların adlarını bildirən isimlər.Canlı və cansız varlıqların adlarını bildirən bu isimlərin məzmununda əşya anlayışı vardır.Belə isimləri ifadə edərkən insanın şüurunda müəyyən bir varlıq dərk edilir: adam, ağac, da., balta, su və s.Mənşə etibari ilə də konkret məfhumları bildirən isimlər mücərrəd məfhumları bildirən isimlərdən əvvəl yaranmışdır.Çünki insan hər şeydən əvvl konkret varlıqları dərk etmişdir.Mücərrəd məfhumları bildirən isimlər əşyadan xaricdə dərk edilir: forma, uzunluq, ağırlıq, yaxşılıq, gözəllik və s.
Xüsusi isimlər isimlər varlığı tək olan, yəni bir-birinin eyni olmayan əşyanın adını bildirir.Həzi Aslanov, Füzuli, Bakı, Kəpəz, Mars və s. daxildir.
Ümumi isimlər müəyyən bir qrupa daxil olan eynicinsli varlıqların ümumi adını bildirmək üçün işlədilir.Varlığına görə çox olan adlar ümumi isim hesab olunur: insan, da., ağac, kitab və s.
Təklik və topluluq bildirən isimlər.Ümumi isimlərin çoxu tək bir sözdən ibarət olub, ayrı-ayrı varlığın adını bildirdiyi halda, bir qismi də cəmlik şəkilçisi qəbul etmədən tək bir sözlə varlığın topluluğunu bildirir: adam, quş, inək, at (təklik bildirir), xalq, el, ordu, sürü, naxır (topluluq bildirir).
İsmin quruluşca 3 növü vardır.
1.sadə isimlər heç bir sözdücəldici şəkilçi qəbul etmədən əşyaların adlarını bildirən isimlərdir.Meşə, su, balıq və s.
2.düzəltmə isimlər sadə sözlərin üzərinə sözdücəldici şəkilçi artırmaqla müxtəlif nitq hissələrindən düzəltmə isimlər əmələ gətirilir.Gözəllik, dəftərçə, yaylaq, musiqiçi, şəhərli, mənəviyyat və s.
Dostları ilə paylaş: |