İndiki zaman
İş və hərəkətin danışılan zaman baş verdiyini bildirir. Fel kökünə və ya felin başlanğıc formasına -ır4 (-yır4) şəkilçisıni və şəxs şəkilçilərini artırmaqla düzəlır: yaz-ır-am, yaz-ır-san, yaz-ır. yaz-ır-ıq, yaz-ır-sınız, yaz-ır-lar, oxu-yur-am, oxu-yur-san, oxu-yur, oxu-yur-uq, oxu-yur-sunuz, oxu-yur-lar və s.
Gələcək zaman
lş və hərəkətin danışılan zamandan sonra icra olunacağını bildirir.Gələcək zamanın iki növüvar:qəti gələcək zaman və qeyri-qəti gələcək zaman.
Qəti gələcək zamaniş və hərəkətin gələcəkdə icra olunub-olunmayacağını qəti şəkildə bildirir, -acaq²şəkilçisi ilə düzəlir: al-acağ-am, al-acaq-san, al-acaq-dır, al-acağ-ıq, al-acaq-sınız, al-acaq-lar; gəl-əcəy-əm, gəl-əcək-sən, gəl-əcək-dir, gəl-əcəy-ik, gəl-əcək-siniz, gəl-əcək-lər və s.
Qeyri-qəti gələcək zamandaiş və hərəkətin gələcəkdə icrası qəti şəkildo bildirilmir. Fellərə -arJ (-yar1) şəkilçisini artırmaqla düzəlir: yaz-ar-am, yaz-ar-san, yaz-ar, yaz-ar-ıq, yaz-ar-sınız, yaz-ar-lar; oxu-yar-am, oxu-yar-san, oxu-yar, oxu-yar-ıq, oxu-yar-sımz, oxu-yar-lar və s.
Qeyd 1: -la2 şəkilçisi ilə bitən fellətin qeyri-qəti gələcək zamanında bəzən -ar1 şəkilçisinin saiti düşür:bas-la-r-am, göz-lə-r-sən, işlə-r-ik və s.
Qeyd 2: Yuxarıda qeyd olunduğu kimi, qeyri-qəti gələcək zaman II və III səxsin təkində və cəmində inkarda işlənərkən -ar3 şəkilçisinin tərkibindəki r samiti z samitınə keçir. Məşələn:alar-almaz. gələr — gəlməz, oxuyarsan — oxumazsan və s.
Arzu şəkli
Felin arzu şəkli işin gələcəkdə icrasının arzu olunduğunu bildirir.
Arzu şəklinin özünəməxsus şəklçisi vardır: -a². Bu şəkilçi fel köklərinə (və ya fellərin başlanğıc formasına) artınlır:vaz+a+m. yaz+a+san, yaz+a, yaz+a+q, yaz+a+sınız, yaz+a+lar; oxu+ya+m, oxu+ya+san, oxu+ya, işlə+yə+k, işh+yə+lər və s. Oxu, islə kımi saitlə bitən fellərdə bu şəkilçinin əvvəlinə y bitişdirici samiti artırılır. Arzu şəklində çox vaxt gərək, kaş sözləri işlənir: gərək (kaş) bil+ə+m. gərək (kaş) ged+ə+siniz və s.
Vacib şəkil
Felin vacib şəkli gələcəkdə icra ediləcək işin zəruriliyini, vacibliyini bildınr, -malı²şəkilçisi ilə düzəlir: al+malı+yam, al+malı+san, al+malı+yıq, al+malı+sınız, al+malı+dır+lar; gəl+məli+yəm, gəl+məli+sən, gəl+məli+dir, gəl+məli+yik, gəl+məli+siniz, gəh-məli+dır+lər və s:
Lazım şəkli
Felin lazım şəkli gələcəkdə icra ediləcək işin lazım oiduğunu bildirir, fellərə -ası² şəkilçisini artırmaqla düzəlir:yaz+ası+yam, yaz+ası+san, yaz+ası+dır, yaz+ası+yıq, yaz+ası+sınız, yaz+ası+dır+ lar; gəl+əsi+yəm, gəl+əsi+sən, gəl+əsi+dir, gəl+əsi+yik, gəl+əsi+siniz, gəl+əsi+dir+lər və s.
Yuxarıda qeyd olunduğu kimi, felin lazım şəklinin inkarı deyilsözü ilə işlənir: alası deyiləm, gələsi deyilik və s.
Şərt şəkli
Felin şərt şəkli gələcəkdə icra olunacaq iş, hərəkətin müəyyən şərtlə bağlılığını bildirir, -sa² şəkilçisi ilə düzəlir:al+sa+m, al+sa+n, al+sa, al+sa+q, al+sa+mz, al+sa+Iar; gəl+sə+m, gəl+sə+n, gəl+sə, gəl+sə+k, gəl+sə+niz, gəl+sə+lər və s.
Felin bu şəklində bəzən əgər bağlayıcısı da işlənır: əgər oxu+sa+m, əgər gəl+sə+n və s.
Felin təsriflənən sadə şəkillərinə yekun olaraq yadda saxlamaq lazımdır ki, yuxarıdakı fel şəkillərindən yalnız ikisinin: əmr və xəbər şəklinin özunəməxsus şəkilçisi yoxdur. Bunlardan birincisi yalnız şəxs şəkilçilərinin, ikincisi isə (xəbər) zaman və şəxs şəkilçilərinin köməyi ilə düzəlir. Felin qalan dörd şəklinin (arzu, vacib, lazım, şərt) hər birinin özünəməxsus şəkilçiləri vardır. -a1 (arzuşəklinin), -malr (vacibşəklinin), -ası (lazımşəklinin) və -sa (sərtşəklinin).
Fel köklərinə, eləcə də fellərin başlanğıc formalarına artırılan bu şəkilçilər şəxs şəkilçiləri ilə birgə işlənir; Ümumiyyətlə, şəxs şəkilçilərimüəyyən fərqli forrnalarda (bunuyuxarıdakı nümanələrdə görmək olar) felin bütün şəkillərində işlənir. Çünki felin təsriflənməsi onun şəxsə və kəmiyyətə görə dəyişməsi deməkdir.
Qeyd: Fel şəkillərinin əlamətləri (şəkilçiləri) qrammatik şəkilçilərdir.
Zərf hərəkətin tərzini, zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəsidir. Necə?, nə cür?, nə zaman?, nə vaxt?, hara?, nə qədər?, neçə - neçə? və s. suallarına cavab verir. Məsələn: O, cəld otaqdan çıxdı.
Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə zərflər bir kökdən ibarət olur və sözdüzəldici şəkilçisi olmur. Dilimizdə olan sadə zərflər, əsasən, bunlardır: əvvəl, sonra, indi, irəli, alt, üst, daim, bayır, bura və s. məsələn: Qabaqlar ziyarətə gələnlər buradan keçərdilər.
Düzəltmə zərflər, əsasən, adlardan aşağıdakı şəkilçilərlə yaranır: -casına², -la², -ən, -yana, -yanə, -anə, -dan², -akı² və s.
Mürəkkəb zərflər müxtəlif yollarla yaranır:
bitişik yazılan mürəkkəb zərflərin əmələ gəlməsi:
-ba² bitişdiricisinin köməyi ilə: günbəgün, dalbadal
Müxtəlif mənalı sözlərin birləşməsi yolu ilə: kəlməbaşı, gözaltı, birdəfəlik.
defislə yazılan mürəkkəb zərflərin əmələ gəlməsi:
Eyni sözlərin təkrarı ilə: yavaş – yavaş, iti – iti, bir – bir.
Biri və ya hər ikisi şəkilçi qəbul etmiş eyni sözlərin təkrarı ilə: gündən – günə, sonradan – sonraya, üz – üzə
Antonim sözlərin köməyi ilə: gec- tez, alt – üst, başdan – ayağa
Yaxınmənalı sözlərin köməyi ilə: arada – bərədə, səssiz – səmirsiz, dinməz – söyləməz
Tərəflərindən biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin köməyi ilə: tələm – tələsəm, az – maz
Yönlük halda işlənmiş bir sayına digər sayların qoşulması yolu ilə: birə - beş, birə - on
Zərfin mənaca növləri bunlardır:
Tərzi – hərəkət zərfləri
Zaman zərfləri
Yer zərfləri
Miqdar zərfləri.
Tərzi hərəkət zərfləri hərəkətin icra tərzini və ya icra vəziyyətini bildirir. Necə?, nə cür?, nə vəziyyətdə?, nə tərzdə? suallarına cavab verir. Məs: onlar layihəni birlikdə hazırladılar.
Zaman zərfləri hərəkətin və ya hadisənin zamanını bildirir. Nə vaxt?, nə zaman?, haçan? suallarına cavab verir. Məs: Qabaq burada böyük hovuz var idi.
Yer zərfləri hərəkətin və ya hadisənin yerini bildirir. Hara?, haraya?, harada?, haradan? Suallarına cavab verir. Məs: O, qıraqda dayanmışdı.
Miqdar zərfləri hərəkətin və ya əlamətin kəmiyyətini və dərəcəsini bildirir. Nə qədər?, neçə?, nə dərəcədə? Suallarına cavab verir. Məs: Çox bilib, az danışmaq məsləhətdir.
Dostları ilə paylaş: |