Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun
Keçmiş zaman İş və hərəkətin danışılan vaxtdan əvvəl baş verdiyini bildirir. Keçmiş zamanın iki növü van şühudi keçmiş zaman və nəqli keçmişzaman.
Şühudi keçmiş zamaniş və hərəkətin keçmişdə icra olunub-olunmadığını qəti şəkildə (şahidlik yolu ilə)bildirir. Fel kökünə və ya başlanğıc formasına -dı4 şəkilçisini və şəxs şəkilçilərini artırmaqla düzəlir: yaz-dı-m, yaz-dı-n, yaz-dı, yaz-dı-q, yaz-dı-nız, yaz-dı-lar və s.
Nəqli keçmiş zamaniş və hərəkətin keçmişdə icra olunub-olunmadığının nəticəsini nəql-nağıl etmə yolu iləbildirir.
Nəqli keçmış zaman -mış şəkilçisi ilə düzəlir: gəl-miş-əm, gəl-rniş-sən, gəl-miş-dir, gəl-miş-ik, gəl-miş-siniz, gəl-miş-lər. Nəqlı keçmiş zaman II və III şəxslərdə -ıb4 şəkilçisi ilə də düzəlir: al-ıb-san, al-ıb-sınız, gəl-ib-sən, gəl-ib-lər və s. II şəxsin təkində və cəmində -mış4 şəkilçisinin son samiti bəzən buraxılır: al-mış-san = al-mı-san, al-mış-sınız = al-mı-sınız və s.