Morfologiya


Əməli yazı: hesabat, protokol, referat



Yüklə 0,49 Mb.
səhifə39/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   35   36   37   38   39   40   41   42   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

12 Əməli yazı: hesabat, protokol, referat

Hesabat məzmunca müxtəlif formalara malikdir. Məktəbdə (V-IX siniflər üzrə onun iki forması üzərində şagirdləri işlətmək məsləhətdir.



  1. ayrı-ayrı ədəbi materiallara aid hesabat yazmaq.

  2. tədrislə bilavasitə əlaqədar görülən işlərə dair hesabat
    yazmaq.

Müəllim hesabatı hər iki növünə aid əməli iş apararkən hesabata verilən tələbləri şagirdlərə çatdırmalıdır. Təxminən, həmin tələblər aşağıdakilardır:

  1. Hesabat ilk növbədə inandırıcı olmalıdır.

  2. Hesabatdakı faktlar və rəqəmlər düzgün verilməlidir.

  3. Hesabatda təkrarlara, yorucu fikirlərə, yersiz sitatlara yol verilməməlidir.

  4. Hesabat yazılı olmalı və ictimai xarakter daşıyırsa, qorunub saxlanmalıdır .

  5. Hesabatın əvvəlində onu yazan şəxsin adı, atasının adı və soyadı göstərilir, sonunda isə imza qoyulur.

V-VI siniflərdə şəxsi xarakter daşıyan (məsələn, şagirdin iş rejiminə, mütaliəyə, idman yarışlarında necə iştirak etməsinə, valideynlərə kömək göstərilməsinə və s.) hesabatlar öyrədilirsə, VII-IX siniflərdə ictimai mahiyyət kəsb edən hesabatları öyrətmək daha faydalıdır. Belə hesabatların siyahısı qabaqcadan tutulmalıdır. Hər bir mövzuya dair hesabatın planı müəllim tərəfindən, ya da onun rəhbərliyi altında hazırlanmalıdır.

Hesabat necə yazılmalıdır? Bu suala cavab vermək üçün aşağıdaki nümunəyə  nəzər salmaq kifayətdir.

* * * * * * * * * *

V sinfinin nümayəndəsi Z. A. Ağayevanın I rübdə gördüyü işlərə aid



HESABATI

Sinfimizdə 32 şagird var. Onlardan 18-i əlaçı, 10 nəfəri dörd və beşlə, 4-ü isə zəif oxuyur. Zərifə Səlimova, Rövşən Əkbərov, Eldəniz Vəliyev və İlqarBağırov I rübdə riyaziyyatdan və ədəbiyyat yazıdan iki qiyməti almışlar. Yeganə, Vüsal, Vüqar və Kamran tətil müddətində hazırlaşacaqlarına söz vermişlər.

I rübdə sinfimizin şagirdləri üç dəfə ekskursiyada olmuşdur. Sentyabrın 22-də Şəhidlər xiyabanında şəhidlərin qəbri üstə gül dəstələri qoymuşlar. Tarix müəllimi Ə. İsmayılovun rəhbərliyi altında şagirdlər tarix muzeyinə getmiş və oradakı qədim abidələrlə tanış olmuşlar. Sinif rəhbərimiz Solmaz Rəhimova bizi Nizami parkına aparmışdır.

I rübdə sinfimizin təlim-tərbiyəsini əks etdirən "Sancaq" adlı satirik divar qəzeti üç dəfə buraxılmışdır. Qəzetin redaksiya heyəti pis oxuyanşagirdləri tənqid etmiş və əlaçı şagirdləri tərifləmişdir.

Sinfimizin şagirdləri məktəbin idman və rəsm yarışlarında feal çıxışediblər. Xüsusən, Kamran və Ruslan Rəsulzadə qardaşları siniflərarası idman yarışlarında birinci yeri tutmuşlar. Ən yaxşı cəhət budur ki, rüb ərzində sinfimizin dərsə davamiyyəti çox yüksək olmuşdur.

İmza:                       (Z. A. Ağayeva)


Protokol mənşəcə yunan sözüdür. Protok (ilk, birinci vərəq) və kolos (yapışdırmaq) sözlərinin birləşməsindən əmələ gəlir. Çağdaş dövrümüzdə protokolun müxtəlif işlənmə məqamları vardır:

  1. İclasda, müşavirədə, plenumda söylənilən çıxışları və çıxarılan qərarları təzahür etdirmək üçün protokol tərtib edilir.

  2. Hər hansı bir ictimai qaydanın, qanunun pozulması ilə əlaqədar (yol hərəkəti qaydasının)protokol tərtib edilir.

  3. Dövlətlərarası saziş, müqavilə və s. bağlanan zaman da protokol yazılır.

Formasına görə protokol 2 cür olur. Sadə və mürəkkəb.

Çıxışların və çıxarılan qərarların sayının az olduğu protokol sadə, ikidən çox məsələni özündə əks etdirən protokol mürəkkəb quruluşlu protokoldur.

Protokolun tərtibat forması belədir.


  1. Vərəqin ortasında protokol və onun nömrəsi böyük hətflə yazılır.

  2. Təşkilatın adı, tarix və yığıncağın keçirildiyi yer qeyd olunur.

  3. Iclasda iştirakçıların sayı göstərilir.

  4. Yığıncağı idarə etmək üçün sədr və katib seçilir.

  5. Gündəlik məsələlər (ayrı – ayrı bəndlər üzrə yazılır)

  6. Vərəqin ortasında böyük hərflə Eşidildi sözü yazılır, müzakirə edilən məsələnin yazılı mətni protokola əlavə edilir.

  7. Çıxışlar sözü böyük hərflə vərəqin ortasında yazılır, edilən çıxışların qısa məzmunu qeyd olunur.

  8. Qərar. (bu, iclasın məqsədini əhatə etməli, növbəti hadisənin, işin yerinə yetirilməsi üçün hökm verilməlidir. qərar bəndlər üzrə yığcam şəkildə əmr cümlələri formasında öz əksini tapmalıdır)

  9. Protokolun sonunda sədr və katib imza atır.

“Referat” latın sözü olub məruzə etmək, məlumat vermək mənalarını ifadə edir. Referat əsasən: 1. Elmi əsərin, oxunmuş kitabın və s. Şifahi və ya yazılı qısa məzmunu, xülaləsi mənasında; 2. Ədibin yaradıcılığına və ya başqa məxəzlərin icmalına həsr olunmuş yığcam məruzə mənasında işlədilir.

Referat incəsənət, elm, texnika və təsərrüfatın ən aktual problemləri ilə əlaqədar olan məsələləri işıqlandırdığı kimi, məktəb həyatının ciddi hadisələrini də əks etdirə bilər. Şagirdlər referatın köməyi ilə həm ədəbi materialları, həm də elmi – publisistik xarakterli məsələləri yazılı şəkildə formalaşdırmaq bacarığına yiyələnirlər. Referatın mahiyyətindən aydın olur ki, şagirdlər bu tip əməli yazıda ən çoxmühakimə yürüdürlər. Müəllim “bədii ədəbiyyatda vətənpərvərliyin tərənnümü”, “sülh və müharibə” və s kimi mövzularda referat yazdıra bilər.

Referatın yazılma forması belədir: vərəqin əvvəlində ortada “Referat” sözü, onun altında isə mövzunun adı qeyd olunur. Abzasdan referatın planı verilir, sonra məzmunu yazılır. Yazının sonunda isə referat müəllifinin adı, atasının adı və soyadı, habelə yazılma tarixi qeyd edilir.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin