Morfologiya


Söz birləşmələri və sözlər



Yüklə 0,49 Mb.
səhifə41/79
tarix31.12.2021
ölçüsü0,49 Mb.
#112477
1   ...   37   38   39   40   41   42   43   44   ...   79
Az rbaycan dili D l n D R D L n funksiyalari. D L L k v onun

Söz birləşmələri və sözlər

Söz birləşmələri və sözlər (xüsusilə də mürəkkəb sözlər) arasında həm oxşar, həm də fərqli cəhətlər var.

Oxşar cəhətlər:

1. Söz birləşmələri də sözlər kimi ad bildirir. Məsələn: bağ, küçə, məktəb, meşə, göl və s. sözləri əşyaların adlarını bildirir. Nar bağı, enli küçə, peşə məktəbi, palıd meşəsi, duzlu göl birləşmələri də əşyaların adlarını bildirir.

2. Həm mürəkkəb sözlər, həm də söz birləşmələri sözlərdən təşkil olunur. Məsələn: boşqab – boş qab, Ağdaş – ağ daş, günəbaxan – günə baxan və s.

Fərqli cəhətlər:

1. Sözlər səslərdən, söz birləşmələri isə sözlərdən düzəlir. Məsələn: dərs, kitab, vətən, torpaq, azad, ölkə sözlərini əlaqələndirib söz birləşməsi düzəltmək olur: dərs kitabı, vətən torpağı, azad ölkə və s.

2. Söz ümumiyyətlə ad bildirir. Məsələn: daş, ağac, su və s. Söz birləşməsinin tərkibində isə sözlərin mənası konkretləşir, dəqiqləşir. Məsələn: çay daşı, alma ağacı, bulaq suyu və s.

3. Söz birləşmələrinin mürəkkəb sözlərdən iki əsas fərqi var:

a) Söz birləşmələrinin tərəfləri müstəqil leksik mənasını saxlayır və onlara ayrılıqda sual vermək olur. Məsələn: incə (necə?) sənət (nə?), üç (neçə?) bucaq (nə?) və s. Mürəkkəb sözlərin tərəfləri isə bütövlükdə bir anlayışı bildirir və onlara ayrılıqda sual vermək olmur. Məsələn: incəsənət (nə?), üçbucaq (nə?) və s.

b) Söz birləşmələrində tərəflərin hər birinin öz müstəqil vurğusu olur. Məsələn: qara göz, uzun saç və s. Mürəkkəb sözlər isə bir vurğu ilə deyilir. Məsələn: qaragöz (inək), uzunsaç (qız) və s.


Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin