105
funksiyasını məhv edir. Nəticədə, hətta
yüksək dövlət vəzifəsinə
yüksəlmiş elə adamlara rast gəlirik ki, onların var-dövlət
həddindən artıq olsa da öz bədbəxtliklərindən şikayətlənirlər.
Onların bu şikayəti tamamilə haqlıdır. Çünki var-dövlət hər şeyi
həll etmir.
İntellektin inkişaf etdirilməsi, beynin fəallığı, çevikliyi
yeganə çıxış yoludur. Bunu təkcə ana
dili dərslərinin tədrisi
prosesi deyil, bütövlükdə məktəb sistemi nəzərə almalıdır. Ya biz
hər gün uşaqların intellektinə təsir göstərən bədii əsərlər
vasitəsilə onları inkişaf etdirməli, ya da bütün dərslərimizi
onların düşüncəsinə uyğun gələn oyunlar şəklində qurmalıyıq.
Ağlı necə məşq etdirmək olar? Bu sual müasir təhsilin
qarşısında dayanan əsas vəzifələrdən biridir.
Dünya
təcrübəsi göstərir ki, cəmiyyət üçün müstəqil
inkişaf edən, yaradıcı şəxsiyyət yetişdirmək lazımdır. Bunun
üçün aşağıdakıları bilmək faydalı olar:
1. Yaradıcı və müstəqil düşünmə qabiliyyətini aşkara
çıxarmaq;
2. Fəallığı və marağı üzə çıxarmaq;
3. Müstəqil olaraq şagirdlərin biliklərə yiyələnmək
bacarığını müəyyən etmək;
4. Təşəbbüskarlığı alqışlamaq.
Belə bir şəxsiyyətin tərbiyəsi üçün yeni dövrdə təlimin
vəzifələri şagirdlərə bilik və bacarıqların aşılanmasını
təmin
etməkdir. Şagirdlərin məlumatı müstəqil olaraq toplamaları,
tənqidi təhlil etmələri, tənqidi qiymətləndirmələri, nəticə
çıxarmaları vacibdir.
Fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyev
yazır: “İnsanın bir fərd olaraq mənəvi intellektual inkişafı ilə
ictimai tərəqqi arasında ciddi, qarşılıqlı əlaqə məqamları vardır.
Belə ki, ayrı-ayrı insanların ümumi inkişaf səviyyəsi aşağı
olduqda cəmiyyətin təkmilləşdirilməsi səviyyəsi dövlət
idarəçiliyinin optimallığı da öz növbəsində fərdlərin öz şəxsi
106
həyatlarını düzgün qurmaları
və
mənəvi intellektual
inkişaflarının təmin olunması üçün mühüm şərtdir”. (S. Xəlilov,
Mənəviyyat fəlsəfəsi. Bakı, 2007, 518 səh. Səh 3)
Bəşəriyyət daim intellektin qələbəsinə çalışmış,
bunun
üçün bütün imkan və vasitələrdən istifadə etmişdir. Çünki
cəmiyyəti işıqlı yola yalnız intellekt çıxara bilər. Xalq
ədəbiyyatında da buna çoxlu misallar var. Məsələn,
Məlikməmməd nağılında deyilir: “Ağ qoç işıqlı dünyaya, qara
qoç qaranlıq dünyaya aparır.” Ancaq elm bəşəriyyəti həqiqətə,
ədalətə və xoşbəxtliyə apara bilər. dünyanın işıqlı adamları
həmişə belə düşünmüşlər. Əlbəttə, bəzən;
Qalib gələcəkmi, cahanda kamal?!
(Səməd Vurğun)
kimi tərəddüdlü fikirlərə düşənlər də var. Bütün elmlərin
bünövrəsinin təhsillə bağlılığını duyan və cəmiyyətin xilas
yolunun insan zəkasında olduğunu başa düşənlər çoxdur.
Qədim yunan filosofu Esxil yazırdı: “Çox
bilən yox,
lazım olanı bilən müdrikdir. (s 213) Müasir təlim
texnologiyalarının əsas prinsipini əks etdirən bu sözlər çox
qiymətlidir. Görkəmli filosof H. Spenser yazır: Əgər biliklər
qaydaya salınmayıbsa nə qədər çox bilsən, təfəkkür o qədər zəif
olacaq”. (s 215)
Şagirdlərin intellekt qabiliyyətlərinin inkişafına nə qədər
erkən başlanılsa o qədər yaxşıdır. Ərəb xalqının belə bir sözü var:
“Qocalıqda öyrənmək-qum üzərində yazıdır, cavanlıqda
öyrənmək daş üzərində”. (s214) Fəlsəfə elmləri
doktoru
professor S. Xəlilov yazır: “Şərq fəlsəfəsində hər hansı bir
qüvvənin biliklə tənzim olunması, idarə edilməsi ideyası ilə
yanaşı, biliyin özünün qüvvə kimi çıxış etməsi ideyası da irəli
sürülürdü. Insanı bütün canlıların ən qüdrətlisi edən fiziki qüvvə
deyil, biliyin qüvvəsidir. Sözün geniş mənasında azadlıq
qazanmaq, nəinki təbiətdə, həm də öz üzərində hökmran olmaq