İbtidai təhsil pilləsində əlifbanın öyrənilməsi, oxu və
yazı texnikasının, hüsnxətt qaydalarının, düzgün, sürətli, şüurlu
və ifadəli oxu üzrə ilkin bacarıqların mənimsənilməsi, lüğət ehti-
yatının tədricən zənginləşdirilməsi, ən zəruri qramamtik qay-
daların və ədəbi tələffüz normalarının öyrənilib tətbiq olunması,
ekspressiv nitq bacarıqlarının formalaşdırılması, Azərbaycan xal-
qının dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-
ənənələri haqqında ilkin anlayışların yaradılması təmin olunur;
İbtidai sinif şagirdlərində bədii sözə həssas müna- sibət hissləri tərbiyə etmək onların həm nitq və təfəkkürünün inkişafına, həm də intellekt qabiliyyətlərini inkişaf etdirən Ana dili fənni digər fənlərin öyrənməsinə də güclü təsir edir.
Məktəbdə bu vəzifəni yerinə yetirən ən təsirli vasitələrdən birini
ədəbi nümunələrinin tədrisi prosesində poetika üzrə aparılan işlər
təşkil edir. Poetikanın əsas xüsusiyyətlərini öyrətmək üçün müəl-
lim özü bir ədəbiyyatşünas kimi onun ən incə xüsusiyyətlərini
dərk etməlidir. Müxtəlif təhsil texnologiyalarının tətbiq olunduğu
müasir şəraitdə milli keyfiyyətlərimizi qoruyub saxlayan ədəbi
nümunələrin yüksək səviyyədə tədrisi bu gün xüsusilə zəruridir.
Yaşı yüz illərlə ölçülən ədəbi nümunələrin bu qədər
uzun yaşamasının sirri şübhəsiz ki, onların mahiyyətindəki ob-
razların mükəmməlliyində, xalq həyatına bağlılığındadır. Bu mü-
kəmməllik obrazlı söz və ifadələrin zənginliyi ilə bağlıdır. Həmin
10
obrazlı söz və ifadələrin mahiyyətini şagirdə başa salmaq müm-
kün olsa, onda məktəbli ümumən ədəbiyyatın cövhərini dərk edə
bilər. Hələ bağçada və ya evdə ikən layla, oxşama, bayatı, atalar
sözləri və məsəllərlə tanış olan uşağa həmin nümunələrin mahiy-
yətini başa salmaq ibtidai sinif müəlliminin öhdəsinə düşür.
Müəllim necə etməlidir ki, uşaq həmin folklor nümunəsinin poe-
tikasını dərk etsin, ədəbiyyatşünaslıq elementləri ilə tanış olsun?
Bu sualın cavabını tapmaq hazırkı şəraitdə xüsusilə vacibdir.
Ədəbi nümunələrin mümkün qədər daha effektli tədrisi
üçün həm ənənəvi, həm də müasir təlim texnologiyalarının
təcrübəsindən istifadə etmək zəruridir.
Biz köhnə təhsil sistemimizin yeni yaranan texnolo-
giyalardan aşağı səviyyədə olduğunu söyləmək fikrindən uzağıq.
Lakin, yeni texnologiyalar demokratik cəmiyyətin ruhuna uyğun
gəldiyinə görə onların qaçılmaz olduğunu dərk edirik. Yeni tex-
nologiyaların bütün üstünlüklərinə baxmayaraq onun elə naqis-
likləri var ki, bu qüsurlardan yaxa qurtarmaq ibtidai sinfin başlıca
məqsədi kimi ortaya çıxır. Amerikada və Avropada məktəbin
demokratik əsasda qurulması sinifdə şagirdin özünü tam sərbəst
aparmasına səbəb olur, hətta uşaqlar istəsələr sinifdə əcayib
şəkildə otura bilər, yata bilər və s. Bu isə bizim başa düşdüyümüz
tərbiyə ilə təhsilin vəhdətinə zərər gətirə bilər. Bu vəsaitin Ana
dili tədrisi metodikasının aktual problemlərinə həsr olunmasının
əsas səbəblərindən biri də budur. Uşaqlara milli ənənələrimizin,
ata-anaya, böyüyə, müəllimə hörmət hissləri tərbiyə etmək sahə-
sində müəllimlərin vəzifələrini aydınlaşdırmağı müasir təhsili-
mizin vacib problemlərindən hesab edərək, yeni texnologiyalara
sadiq qalmaqla yanaşı milli keyfiyyətlərimizi qoruyub saxlamağı
başlıca amil kimi götürməyi zəruri hesab edirik.