Microsoft Word Shelale Nebiyeva doc


Müasir təlim texnologiyalarında seçim üçün kifayət qədər



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix19.06.2022
ölçüsü0,79 Mb.
#117062
1   2   3   4   5   6   7   8   9   ...   40
Ana dili tedrisi metodikasinin aktual problemleri

Müasir təlim texnologiyalarında seçim üçün kifayət qədər 
metodikanın olması. Ən vacib texnologiyanın seçilməsinin 
zəruriliyi.
Tədris prosesində şagirdi və müəllimi belə bir sual 
düşündürür: “Məqsədə çatdıqmı?” Müəllimi isə belə bir sual 
düşündürür: şagird standartlara uyğun biliklər qazandımı? Şagird 
düşünür: “Biliklərim kifayətdirmi? Bu suallara qiymətləndirmə 
cavab verir. Yeni qiymətləndirmə bizim adət etdiyimiz və 
rəqəmlərlə işarələdiyimiz nəticə deyil. Tədris olunan mövzu üzrə 
mövcud biliklərə və bacarıqlara çatmaq üşün optimal yolları 


15 
müəyyənləşdirən vasitədir. Qiymətləndirmənin nəticəsini şagird 
bir cavabdeh kimi gözləmir. O, prosesin içində müəllimlə birgə 
fəaliyyətdə olur. Onu analiz edir, bu zaman intellektini itiləyir və 
nəticələrə özü gəlir. Əgər bir şeyi bu prosesdə öyrənirsə, onu 
tədqiqatçı kimi başa düşür. Qiymətləndirmə ana dilinin zərifli-
yini, özünəməxsusluğunu öyrənmək yolunda şagird üçün bir 
xəritə rolunu oynayır. Müəllim bu xəritəni hələ dərsi planlaş-
dırarkən çəkir. Əslində dərsin planlaşdırılması, onun metodikası 
qiymətləndirməyə gedən yolun ən etibarlı magistralı olur.
 
 
 
 
16
“ANA DİLİ” TƏDRİSİNİN VƏ
DƏRSLİKLƏRİNİN TARİXİ ƏNƏNƏLƏRİ 
İlk ibtidai məktəb dərsliklərimizin yarandığı gündən 
dilin sadəliyi, məntiqliliyi, obrazlılığı əsas məqsəd kimi qarşıda 
dururdu. İlk dərsliklərimizdən birinin müəllifi olan A.Bakıxanov 
yazırdı:”Mən nə qədər axtardımsa uşaqların təlimi üçün elə bir 
kitab tapa bilmədim ki, o asan anlaşılan bir dil ilə onların əxlaq 
gözəlliyinə dəlalət etsin... Bu kitablarda “Uşaqlıqda öyrənilən 
elm daşa qazılmış şəkil kimidir” zərbül-məsəlinin məzmunundan 
qəflət olunur. Uşaq yaşlarında hər zamandan daha artıq əxlaq 
gözəlliklərini onlara öyrətmək lazımdır.” (12, 5)
Dərslik müəllifi insan ağlının böyük əhəmiyyətini qeyd 
edirdi.Uşaqları başa salırdı ki, insan özündən qat-qat güclü olan 
heyvanlara və ya təbiətin başqa qüvvələrinə yalnız öz ağlı ilə 
qalib gəlir: ” Ey mənim əzizim! Sən insansan, Allah insanı 
dünyada hər şeydən yaxşı yaratmışdır. Görmürsənmi kı, 
heyvanlar o qədər böyük bədən və güc ilə insanın əlində əsirdilər. 
Bu isə işi yaxşı bacarmaq səbəbindəndir. İnsanlar arasında hər 
kəs çox bilikli və iş bilən olsa, həmişə hörmətli olar. Deməli, 
gərək iş bilmək və yaxşılıq etmək qaydalarını o adamlardan 
öyrənmək lazımdır ki, onlar həyatda təcrübəli və qabiliyyətli 
olmuşlar.” (12, 5)
A.Bakıxanov şagirdlərin intellekt qabiliyyətlərinə təsir 
etməyə xüsusi əhəmiyyət verirdi. Ona görə də onun 
nəsihətnamələrində elmin əhəmiyyəti haqda deyimlər xüsusi yer 
tuturdu. Bakıxanovun nəsihətnamələrindən oxuyuruq:
“-Elm və kamalı əldə etməyi hər şeydən daha əziz tut. 
Çünki hər şeyi onların vasitəsilə əldə edirlər.” (11, 7) 
“-Hər ürəyin istəyəni eləmə, bəlkə ağlın istəyəni icra et. 
Çünki ağıl yaxşı və pisi bir-birindən ayıra bilər. (12, 9)


17 
-“Ağıldan və elmdən daha yaxşı bir dövlət yoxdur. 
Çünki həmişə səninlə olar və heç kəs onları sənin əlindən ala 
bilməz.” (12, 9)
M.Ş.Vazehlə İvan Qriqoryevin birgə hazırlaqıqları 
“Kitabi-türki”(1852) dərsliyində də şagird intellektinə təsir 
göstərmək, ağıl və kamala çatmaq ideyaları önə çəkilir. 
Müəlliflər uşağa elm öyrətməyi məsləhət görür və onun 
əhəmiyyətindən bəhs edirlər. Kitabda oxuyuruq: 
“Xəlq ölüdür, elm əhli diri”, “Alim cahili tanır ondan 
ötrü ki, o cahil var idi və cahil alimi tanımaz o səbəbdən ki, o 
alim olmayıbdır.” (12, 15)
Nəsihətnamələr 
şəklində deyilən və aforizm 
səviyyəsində olan bu cümlələr çox təsirlidir. Müəlliflər bu 
kəlamların təsir gücünü bir az da artırmaq üçün təsvir və ifadə 
vasitələrindən, gözlənilməz sözlərdən istifadə edirlər: 
“Kim ki tikan əkər, ondan üzüm dərməz”, “Hər kəs ki 
xeyrı öyrədir özgəyə, özü əməl eləməz, o kor kimidir ki, əlində 
çıraq ola, özgələr onun çırağı ilə yol tapalar, amma özünə bir 
faydası olmaya.” (12, 15, 16)
Birinci aforizmdəki “üzüm dərməz” ifadəsi bu 
məqamda gözlənilməz olduğu üçün təsirlidir. Həm də bu ifadədə 
gizli bir ironiya var. Uşağa təsir edən elə həmin ironiyadır. İkinci 
aforizmdə isə “çıraq” bir obrazdır. Həmin obraz vasitəsi ilə fikir 
daha da güclənir və oxucuya təsir göstərir. Əgər əlində çıraq 
tutmusansa və ondan istifadə etmirsənsə çıraq əhəmiyyətini itirir. 
Ondan başqaları faydalanır. Beləliklə, obrazlı sözə, məntiqə 
önəm verən ilk dərsliklərimizdə verilən el ədəbiyyatı nümunələri 
də həmin meyarlarla seçilirdi. Dərsliklərə hər təsadüfi əhvəlat 
daxil edilmirdi. İbtidai sinif dərsliklərinə daxil edilən əsərlərin iki 
cəhəti xüsusi ilə nəzərə alınırdı: 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin