Cavab:
«Muztərr» ərəbcədən tərcümədə, «əli hər
yerdən üzülmüş» mənasını verir. «Nəml» surəsinin 62-ci
ayəsində oxuyuruq:
«(Bütlər yaxşıdır) Yoxsa əli hər
yerdən üzülüb darda qalan kimsənin duasını qəbul
edən, şəri sovuşduran, sizi yer üzünün varisləri təyin
edən Kəs?!
».
Sözsüz ki, Allah-təala bütün ilkin şərtlərə əməl edən
insanın duasını qəbul edir. Lakin yuxarıdakı ayədə zikr
olunan çarəsizlik halı duanın qəbul olunmasının başlıca
şərtlərindəndir. Bu hala düşmüş insan, öz müşkülünün
həllində yalnız Allahı təsirli bilir və Ondan başqa heç bir
kimsədən yardım gözləmir.
Ayədən belə bir nəticə çıxarmaq olmaz ki, mömin
bəndə əlini yanına salıb, hərəkətsiz bir halda Allahdan çarə
gözləməlidir. O, sadəcə çalışdığı zaman hər şeyin Allah
iradəsindən asılı olduğunu unutmamalıdır. İmam Sadiq (ə)
buyurur: «
Dostları ilə paylaş: