Mülki müdafiə
156
Bunun nəticəsində su ekosistemlərində göy-yaşıl yosunların
güclü inkişafı balıqların yemi olan yosunları sıxışdırıb aradan
çıxardı və balıqlar acından məhv olmağa başladı. Göy-yaşıl
yosunlar isə dərinliklərə çökərək çürüyərkən həm suyu
zəhərləndirir, həm də oksigen ehtiyatını tükəndirir. Əgər su
hövzəsi zəhərlənməyibsə, o zaman suyun hər kvadrat metrində
olan 15 mollyuskadan hər biri gün ərzində 50 litr suyu filtrasiya
edir. Su hövzələrinə kimyəvi maddələr axıdıldıqda həmin
canlılar məhv olur. Suyu çirkləndiricilərə ən dözümlü canlılır
zəlilər, cırcırama sürfələridir.
İnsanın düşünülməmiş təsərrüfat fəaliyyəti su hövzələrinin
ağr metalların-civə, qurğuşun, həmçinin mis və sink duzları ilə
zəhərlənməsinə səbəb olur. Bu maddələr suyun dibindəki
çöküntüdə, balıq toxumalarında toplanaraq, qida zənciri ilə
insan orqanizminə düşərək ağır zəhərlənməyə səbəb olur.
Pamir-Altay buzlaqlarının tərkibində belə civə duzlarının
miqdarı beş dəfə artıb. Kimyəvi birləşmələrin ən az miqdarı
belə balıqların və digər su canlılarının davranışını pozur.
Balıqların kütləvi qırılmasına səbəb olan fakiorlardan biri də
elektrik stansiyalarının dambalarının tikilməsidir. Bəzi balıq
növləri kürü tökmək üçün minlərlə kilometr okeanlara tərəf
üzürlər, lakin həmin manelərə çatdıqda kürünü tökərək, sahilə
atılır və məhv olurlar.
Dostları ilə paylaş: