70
Olein turşusu (sis-izomer) Elaidin turşusu (trans-izomer)
İnsanın və məməli heyvanların toxumalarında doymamış turşulardan
–
2
ədəd ikiqat rabitəsi olan linol turşusuna (18:2), 3 ikiqat rabitəli linolen
turşusuna (18:3) və 4 ikiqat rabitəli araxidon turşusuna (20:4) rast gəlinir.
Doymamış yağ turşularından orqanizmdə tənzimedici amillərin mühüm növləri
olan prostaqlandinlər, tromboksanlar və leykotrienlər sintez edilir.
Kimyəvi
strukturuna görə, prostaqlandinlər tsiklik oksiturşular, leykotrienlər isə
oksiturşular qrupuna aiddir. Doymamış turşuların bioloji əhəmiyyətini onların
metabolizm məhsulları olan prostaqlandinlərin yüksək
bioloji aktivliyə malik
tənzimedici amillər olması müəyyənləşdirir. Bu turşulardan təbiətdə ən çox
yayılanı
–
olein turşusudur. Ona bitki yağlarının tərkibində (zeytun yağı,
günəbaxan yağı və s.) rast gəlinir.
Linol turşusu da əsasən bitki yağlarının tərkibində olur,
heyvan toxuma-
larında bu turşunun cüzi miqdarına təsadüf edilir. Heyvan və insan toxuma-
larında linolen turşusunun yalnız izləri olur, lakin bitki yağlarının tərkibində bu
turşunun da miqdarı kifayət qədər çoxdur. Araxidon turşusu isə insan və
heyvan toxumalarında nisbətən geniş yayılmışdır.
Bu turşu toxumalarda
orqanizmə bitki mənşəli ərzaq maddələrinin tərkibində daxil olan linol və
linolen turşularından sintez edilir.
Piy turşularının fiziki və kimyəvi xassələrini molekul strukturlarının
xarakteri müəyyənləşdirir. Onların molekullarının bir tərəfi (karboksil qrupu
yerləşən
hissə
–
polyar, digər tərəfi isə qeyri-polyar xassəlidir. Lipidlər
qrupuna aid olan digər maddələr kimi, piy turşuları da suda həll olmur, qeyri-
polyar həlledicilərdə isə həll olur. Molekul zənciri nisbətən qısa olan üzvi
turşular (yağ turşusu, kapron turşusu) suda həll olan birləşmələrdir. Bu
turşulara lipidlərin tərkibində efir rabitəsi ilə birləşmiş şəkildə rast gəlinir.
Lakin suda həll olduqlarına görə, onların sərbəst formalarını
lipidlər qrupuna
daxil etmək olmaz.
Piy turşuları zəif turş xassəli maddələr olub, məhlulda aşağıdakı tənlik üzrə
dissosiasiyaya uğrayırlar:
R
–
COOH RCOO
–
+ H
+
Buna görə piy turşuları qələvilərlə (KOH, NaOH) reaksiyaya girib,
müvafiq duzlara çevrilə bilirlər. İnsanın gündəlik həyatda istifadə etdiyi
sabunlar
–
piy turşularının duzlarıdır. Bu turşuların kalium duzları maye sabun,
natrium duzları isə bərk sabun şəklində olur.
Piy turşuları
spirtlərlə reaksiyaya girib, mürəkkəb efirlər əmələ gətirə
bilirlər. Mühit temperaturunun və pH-ın artması efirləşmə reaksiyalarını sürət
-
ləndirir.
71
Efirləşmə reaksiyası
Doymamış piy turşularının molekul zəncirlərində olan ikiqat rabitələrin bir
sıra reaksiyaları onları doymuş turşulardan fərqləndirir. Bunlar arasında
hidrogenləşmə reaksiyalarının və halogenlərlə reaksiyaların xüsusi yeri vardır.
Həm doymamış piy turşuları, həm də onların efirləri müvafiq katalizatorların
(platin, palladium və aktivləşdirilmiş nikel tozları) təsiri nəticəsində hidrogenlə
birləşə bilir (buna hidrogenləşmə reaksiyası deyilir). Doymamış turşuları tam
hidrogenləşdirdikdə müvafiq doymuş turşular alınır. Məsələn, linol və ya
linolen turşusunu tam hidrogenləşdirmə yolu ilə
stearin turşusuna çevirmək
mümkündür:
Linol turşusu Stearin turşusu
Halogenlər (Br
2
, J
2
) piy turşusunun ikiqat rabitə olan hissələrinə asanlıqla
birləşir. Doymamış turşular oksidləşmə reaksiyalarına doymuş turşulara
nisbətən asanlıqla girirlər. Onlar havanın tərkibində
olan oksigenin təsirindən
özbaşına və zəif sürətlə oksidləşirlər. Bu proses yağların qaxsımasının əsasını
təşkil edir. Belə hesab edilir ki, bu zaman ikiqat rabitə sahələri peroksidləşmə
prosesinə uğrayır və bunun ardınca üzvi turşu peroksidləri parçalanaraq
ketoturşulara və oksiketoturşulara çevrilir.
Dostları ilə paylaş: