Əqli qabiliyyətləri yüksək inkişaf etmiş gənclər isə hərbi xidmətə getməli deyil, təhsilin üçüncü səviyyəsin keçməlidirlər. Yəni 20 yaşdan 30 yaşa qədər təhsil almalıdırlar. Xüsusi istedada malik olanlar isə yenidən 5 il oxuduqdan sonra dövlət işin-də çalışa bilərdilər. Həmin adamlar 50 yaşdan sonra dövlət işindən çıxıb elmi-tədqiqat işi ilə məşğul olmalıdırlar.
Aristоtеlin davamçılarını “Paripatеtiklər” adlandırırdılar. Tərcümədə “gəzinti” dеməkdir. Aristоtеl öz mühazirələrini tələbələrilə gəzərkən söyləyirdi. Lisеy 13 il mövcud оlmuşdur. Bu dövr Aristоtеlyaradıcılığının ən məhsuldar dövrü idi. O insanlığın tarixi təcrübəsini ümumiləşdirərək pedaqogika tarixində ilk dəfə olaraq 21 yaşa qədər insanları hər biri yeddi il olmaqla üç yaş dövrlərinə bölmüşdür: