148-ci xütbə İmam Əli əleyhis-salamın Bəsrə əhli (TəlhəvəZübeyrinməzəmməti) barədə kəlamlarındandır.
Təlhə və Zübeyrin hər ikisi özlərinin xalqın əmiri və hakimi olacaqlarına ümidvar olaraq, bunu dostları üçün deyil, özləri üçün istəyirlər.1(Bunagörədəbudöyüşdə) Allaha tərəf getməyib bir kəndir və iplə özlərini Ona yaxınlaşdırmırlar.2 Hər biri öz dostuna ürəyində kin bəsləyir. Tezliklə işlərin üstündən pərdə götürüləcək, kinləri üzə çıxacaqdır.3 Allaha and olsun, istədiklərini əldə etsələr (hakimiyyətəçatsalar), hər an hər biri başqasının canını alar, hər biri dostunu puç və məhv edər. (İndi) zülmkar bir dəstə (fitnəvəqarışıqlıqüçün) qiyam etmişdir (bizdəmüdafiəolunmağavəqarşılarınıalmağahazırıq). Haradadır (pisişlərdənçəkindirərəkAllahdan) əcr və savab istəyənlər (ki, bizəköməkvəyardımetsinlər?) Həqiqətən də sünnələr (hidayətvəqurtuluşyolları) onlara aydındır (hamıbilir). Bu xəbər daha əvvəldən onlara bəyan olunmuşdur.4(BunagörədəOsmanınqətliniəhd-peymanlarınıpozmaqüçünbəhanəyəçevirənbuinsanlarınsözlərinəqulaqasmaqlazımdeyil. Çünki) hər azğınlıq üçün bəhanə və səbəb, hər əhd-peymanı pozmaq üçünsə bir şübhə var.1(Ancaq) Allaha and olsun, mən əli başa, üzə və sinəyə vurmağın səsini matəmlərdə və ölüm xəbərini qasiddən eşidən, (inanmayaraq) ağlayanın başının üstünü kəsdirənlərdən (buncayaqədərinanmayandan) deyiləm.2 149-cü xütbə İmam Əli əleyhis-salamın (ibnMülcəmqılınclaoböyükşəxsinbaşınazərbəendirdikdənsonra) vəfatından öncə (ölümünhamıyaçatacağıbarədədediyi, AllahvəPeyğəmbərətabeolmağıtövsiyəetdiyivəözvəfatınıxəbərverdiyi) kəlamlarındandır.
Ey camaat! Hər insan ölümdən qaça-qaça onunla görüşür. Ömrün müddəti canın cıdır meydanıdır. (Mənzilbaşıömrünbaşaçatmasıvəölümüqəbuletməkdir.) Ölümdən qaçmaq ona yaxınlaşmaqdır.1 Nə çox günlərimi bu gizli mətləblə maraqlanmaqla keçirmişəm.2(Busirritapdımvə) Allah-təala onun (sizdən) gizli qalmasından qeyri bir şeyi istəməmişdir.3 Ondan agah olmağınız nə qədər də uzaqdadır. (Çünki) gizli bir elmdir. (Onuhərkəsəaçmaqolmaz.) Mən (sizlərə) Allahı (barəsində) vəsiyyət edib tapşırıram ki, Ona heç nəyi şərik qoşmayasınız. Məhəmməd (səlləllahuəleyhivəalih) (haqqında) vəsiyyət edirəm ki, onun sünnəsini (hökmlərini) qədir-qiymətsiz və puç etməyin. Bu iki sütunu (AllahınbirliyivəHəzrətiPeyğəmbərinşəriətini) qoruyub saxlayın.4 Və yandırın bu iki çırağı (nadanlıqvəazğınlıqzülmətindəsərgərdanqalmayasınızdeyə). Bir-birinizdən (buikişeydən) uzaq və pərən-pərən düşməyənə qədər qınaq və məzəmmət olunmazsınız. (AllahınvəPeyğəmbəringöstərişinətabeolmağıçətinsanmayın, çünki) Allah-təala sizlərdən hər birinə taqəti və qüdrəti qədər vəzifə tapşırmış, nadanlara güzəşt etmişdir. (Beləisə, nadanlarınbilənlərqədərmükəlləfiyyətiyoxdur, çünki) sizin Allahınız mehriban bir Allah, dininiz möhkəm bir din (əyrilikonayoltapmayıb) və rəhbəriniz (HəzrətPeyğəmbərvəyolgöstərənİmamlarəleyhimus-salambütünilahihökmlərdə) bilikli bir rəhbərdir. Mən dünən sizinlə yoldaş və həmnişin idim. (Sağlamlıq, igidlikvəgücümləsizəxidmətedirdim.) Bu gün isə sizlər üçün ibrət və öyüdəm. (Bütünbuigidlikvəqüdrətiməbaxmayaraq, ölürəm.) Sabah sizdən uzaqlaşaraq ayrılacağam. (Öləcəyəm.) Allah mənə və sizlərə rəhmət etsin.1 Bu büdrəyən yerdə ayaq qoyduğum yer möhkəm olsa, (budünyadasağqalsam,) deməli, (Allahınqəza- qədərinərazıolduğumavəOnunistədiyindənbaşqaşeyiistəmədiyiməgörə) bu sizin muradınızdır, sizə yaxşıdır. Əgər ayağım büdrəsə (ölümmənihaqlasa), deməli, biz ağac budaqlarının kölgəsində, küləklərin əsdiyi yerdə və yerlə göy arasında toplanıb, məhv olan və nişanələrini yerdəki küləklərin yox etdiyi buludların sayəsində olmuşuq.2 Mən sizin qonşunuz idim və bir müddət bədənim də sizə yoldaş idi. Tezliklə hərəkətdən sonra sakitləşmiş, danışdıqdan sonra susmuş cansız bədənimi görəcəksiniz. Mənim hərəkətsizliyim, gözlərimi önümə dikməyim və əzalarımın sakitliyi sizlər üçün ibrət olsun. Çünki bu hal ibrət götürənlər üçün hər bəlağətli söhbətdən, hər qəbul edilmiş sözdən daha nəsihətlidir. Mənim sizlərlə vidalaşmağım, ayrılmağım dostları görüşünə gələn bir kişinin ayrılığına və vidalaşmağına bənzər. (QiyamətgünündəAllahınədalətdərgahındasizinləgörüşəcəyəm.) Sabah mənimlə olduğunuz günləri xatırlayacaqsınız. (Məndünyadanköçdükdən, Bəni-Üməyyəvəbaşqalarıhakimiyyətəgəldikdənsonramənimqədrimibiləcəksiniz.) Mənim fikirlərim sizə çatacaq. (Məlumolacaqki, budöyüşlərdəAllah-təalanınrazılığınıqazanmaqdanbaşqaməqsədimolmayıb.) Mənim yerim boşaldıqdan və orada başqa birisi dayandıqdan sonra məni tanıyacaqsınız.1
150-cü xütbə İmam Əli əleyhis-salamın (özündənsonra) baş verən hadisələrə işarə etdiyi (İmami-Zamanəccələllahufərəcəhunqeybəçəkilməsindənxəbərverdiyi) xütbələrindəndir.
(Dünyapərəstlər) tutdular azğınlıq yollarını sağdan, soldan, göz yumdular hidayət və qurtuluşun düm-düz yollarına.1(DinləyənlərbusözdənheyrətəgələrəkbuhadisələrinnəvaxtbaşverəcəyiniHəzrətdənsoruşandabuyurdu:) Tələsməyin. Baş verəcək pozğunluqları, olması gözlənilənləri və sabahın gətirəcəklərini (bundansonraaşkarolacaqları) gec sanmayın ki, bir şey uğrunda tələsən onu tapdıqda ona çatmamağı qalır!2 Sabahın nişanələri (ozamanlarınçatacağıvəhəminpozğunluqlarınbaşverəcəyizəmanənininsanlarınınəməlindənaydıngörünür) bu gün necə də yaxındır! Ey zəmanə camaatı, hər vəd olunmuşun gəlişinin vaxtı, xəbəriniz olmadığı fitnələrlə görüşə yaxınlaşmaq anıdır.3 Agah olun, bizdən fitnələri görən kimsə (Sahibəz-zamanəccələllahfərəcəh) həmin fəsadların zülmətində aydın çıraqla (İmamətvəvilayətnuruilə) hərəkət edəcək, yaxşılar kimi rəftar edəcək ki, o çətinliklərin bir düyününü açsın (azğınlığadüçarolanıxilasetsin) və bir əsiri (cəhalətvənadanlığınbuxovlarından) azad etsin. (Kafirlərin) birliyini dağıdıb dağınığı (haqqı) bir yerə yığacaq. Camaatdan gizlində olar, axtaran arxasınca nə qədər nəzər salsa da bir izini, nişanəsini görməz.4 Bir dəstə bu fitnələrdə dəmirçi qılıncı cilaladığı kimi cilalanacaq (doğruyolagəlibxilasolacaqvəoHəzrətinardıncagetməyəhazırolacaq. Beləki,) onların gözləri Qur’anın nuru ilə işıqlanacaq, təfsiri qulaqlarında səslənəcək (Qur’anayələrinioxuyubdərindəndüşünəcək, təfsiriniözəhlindənöyrənəcək). Səhər erkən içdikdən sonra axşam da hikmət camını onlara içirdəcəklər.1