26
nöqtələrinin məhsuldarlığı artırılanda istifadəcilərin istifadə etdikləri əlaqə xətinin
buraxıcılıq zolağı daralır. Nəticədə verilənlərin ötürülmə sürəti aşağı düşür.
Belə nöqsanı aradan qaldırmaq üçün iki üsul mövcuddur:
Birincisi, Fast Ethernet texnologiyasından istifadə etməklə şəbəkənin
məhsuldarlığını artırmaq;
Ikincisi isə istifadə edilən əlaqə xəttində şəbəkə düyün nöqtələrinin sayını
azaltmaqdır ki, bu üsul bir sıra ədəbiyyatlarda seqmentləşdirmə adlandırılır.
Sonuncu üsul tətbiq ecliləndə başqa seqmenllərin resurslarına müraciətin
təşkili körpülərin tətbiqi ilə yerinə yetirilir.
Körpü ilə əlaqədar bir cox ötürmə alqoritmləri və paketlərin süzülmə üslları
vardır.
Körpünün tətbiqi aşağıda qeyd edilənlərə imkan yaradır:
*
şəbəkədə kompüterlərin sayının artırılmasına;
*
trafıklərin azaldılması ilə əlaqədar şəbəkənin məhsuldarlığınm
artırılmasına;
*
ötürmələr üçün müxtəlif fıziki vasitələrin (kabellərin) tətbiqinə;
*
müxtəlif şəbəkə texnoloqiyalarından (məsələn Ethernet, Token Ring və s.)
birlikdə istifadə edilməsinə.
Dostları ilə paylaş: