Murad: (Mehdiyə) Yaxşı bəs sən niyə gəlmisən? Məqsədin nədir?
Mehdi: Gəlmişəm ki, sizdən üzr istəyim. Zaman, siz mənim bacımla evlənməyə məcbur deyilsiniz. Heç kəs sizi buna məcbur edə bilməz.
Zaman: Axı atanız, ananız və bacınız məni hədələyirlər. Onlar məni öldürməklə, həbsə atdırmaqla şantaj edirlər. Bacınız deyir özümü doğrayaram, atanız deyir məni qeyrət üstə öldürəcək. Mən bu işin altından necə çıxacağam?
Mehdi: Onlar sizə bir də bu barədə nəsə desələr, qarşılarında məni görərlər. İndiyə qədər mən həkim nəzarətində, sanatoriyalarda, xəstəxanalarda qalmışam. Nəhayət, mən sağlam həyatıma geri döndüm və bunu sizə borcluyam.