6.33.Birləşmə tipi Birləşmə verilənlərin strukturlaşmış bir növüdür. Birləşmə də struktur tipinə oxşardır və struktur tipindən onunla fərqlənir ki, bu tip union sözü ilə başlayır. Bu tipin formatı aşağıdaki kimidir:
Union tipin adı
{elementlərin təyini};
Birləşmə tipi struktur tipindən daxili yaddaşın təşkili nöqteyi-nəzərdən fərqlənir. Birləşmənin bütün elementləri yadddaşda birinci baytdan başlayaraq yerləşir. Tutaq ki, aşağıdaki struktur təsvir eilmişdir.
Struct s; {int i; char ch; long int h; }; Bu strukturun elementləri yaddaşda aşağıdaki qaydada yerləşirlər:
bayt
bayt
bayt
bayt
bayt
bayt
bayt
i
ch
h
Strukturun elementləri tiplərinə uyğunn ölçülərlə ardıcıl yaddaş xanalarında yerləşirlər. Bu strukturun elementləri üçün yaddaşda 7 bayt yer ayrılır. İndi aşağıdaki təsvirlə olan birləşməyə baxaq:
union s {int i; char ch; long int h; }; Bu tipin qiymətləri yaddaşda aşağıdaki kimi yerləşirlər: