6) T
əşkilat üzvlərinin vəzifələri
Dini biliyi
artırmaq
Qardaşlar və bacılar! Dini bilik əsaslarını
gücləndirməyə ciddi yanaşın. Əlbəttə, mən bu gün
baxıb görürəm ki, yeddi-səkkiz il bundan öncə
burada bir məclis təşkil olunurdu. Dostlar gəlir,
söhbət edirdilər. O zamanla müqayisədə tələbələr
arasında dini bilik əsaslarına diqqət artmışdır. Sizin
dediyiniz bəzi sözlər də bu əsasların zehinlərdə
güclənməsini göstərir. İnsan bunu anlayır. Amma
hər halda, təşkilatlar dini bilik əsaslarının
gücləndirilməsi məsələsinə ciddi yanaşmalıdırlar ki,
sonradan bu bilik tələbə təşkilatlarına da keçsin.
Bilik əsaslarını gücləndirmək çox önəmlidir. Bu
yön zəif olarsa, ölkədə tələbə cəmiyyətlərinə,
təşkilatlara ciddi zərər vura bilər.
1
Siz iman, təqva, saleh əməl baxımından diqqətli
olduğunuz müddətdə bütün ilahi qüdrət, bütün
təbiət aləmi və seçilmişlərə aid bütün imkanlar sizin
ixtiyarınızda olacaq. Quruculuq meydanında,
təbliğat meydanında, mübarizə
və mədəni
ekspansiya meydanında, insanların münasibətində,
açıq hərbi hərəkatda - əlbəttə, bu çox zəif
ehtimaldır, - digər hər bir meydanda düşmən bütün
1
Ramazan ayının 11-ci günü tələbələrlə görüşdə çıxışından, 2010.
103
gücü, imkanı, müxtəlif təbliğat vasitələri və hərbi
hay-küyü ilə daxil olsa da, bu qüdrət sizinlə olacaq.
Əlbəttə, bu gün düşmənin keçmişdə olan o hay-
küyü yoxdur. O zamankı Şərq blokunun gücü bu
gün yoxdur. Üstəlik, dünyada çoxlu siyasi və
coğrafi dəyişikliklər baş vermişdir ki, bunların
hamısı İslam və müsəlmanların xeyrinədir. Xalqın
qarşısında, qəlbindən duyğu və iman qaynayan
ailələrin qarşısında heç nə edə bilməzlər.
1
“Komandir yaxşı və etimadlı olmalıdır. Sepahda
olan digər qüvvələrin necə olması mühüm deyil”
fikri doğru deyil. Vəziyyət keçmişdə xainlərin və
hakimlərin zamanında olduğu kimi olmamalıdır.
Onlar hansısa ölkəyə, rayona, şəhərə gedər, həmin
şəhər və ya məntəqənin bütün işlərini məsul
şəxslərə tapşırar, camaatla maraqlanmazdılar. Hərbi
sahədə də vəziyyət belə idi. Bir hərbi hissəni kiməsə
tapşırır,
sonra
işi
ilə
maraqlanmırdılar.
Soruşmurdular ki, bu hərbi hissənin nəyə ehtiyacı
var, yaxud necə işləyir və ya necə idarə olunur?
Yeməkləri təmin olunurmu? Bütün xeyir-şər bir
nəfərin əlində olurdu və ondan iş tələb edirdilər.
Doğrudur,
komandirin
çox
mühüm
məsuliyyətləri var. Amma ayrı-ayrılıqda fərdlər,
dövlət məmurları və ağır məsuliyyət yükünü çiyninə
1
Sepahın komandirləri və məsul şəxsləri ilə görüşdə çıxışından, 1995.
104
götürən hər bir şəxs mühümdür. Cəmiyyətin bütün
üzvləri dini biliyə yiyələnməlidirlər.
1
Dostları ilə paylaş: |