9
Bu gün də əruzda türkcəmizə yad ünsürlərə mümkün
qədər az yol verilməlidir, hətta buna yol vermək əruzda
şeir yazmaq imkanlarını genişləndirsə belə. Sevindirici
haldır ki, yeni dövr Azərbaycan ədəbiyyatında əruz
vəznində olan şeirlərdə dilimizə yad ünsürlərə az yol
verilir və əsasən təmiz türkcədə yazılır. Təmiz türkcə-
mizdə olan əruz isə daha gözəl səslənir.
Əruzun dilimizə yad olmadığını təsdiq edən amil-
lərdən biri də dilimizdə rast gəldiyimiz bir çox ünsürlərin
ənənəvi əruz ritmlərinə uyğun olmasıdır. Məsələn, dilimiz-
də müəyyən səsləri ifadə edən
“tappa-tarap” “tappa-tap”
,
”tarappa-tarap”, ”şaqqa-şaraq”, “şaqqa-şaq”, “şaraqqa-
şaraq” və s. kimi xeyli söz var. Bu ifadələrin ritmi (yəni,
orada olan uzun və qısa hecaların ardıcıllıq forması)
geniş yayılmış bir çox əruz təfilələrinin (müftə’ilün, fA’ilün,
müfA’ələtün) və ya onların elementlərinin müəyyən
birləşmələrinin (...Ġlü məfA..., ...tün fəilA...) ritminə tam
uyğundur. Demək olar ki, bütün əruz qəliblərini xalq
dilində işlənən bu cür ifadələrlə düzəltmək mümkündür.
Təsadüfi deyil ki, görkəmli əruzşünasımız Əkrəm Cəfər
əruzun öyrənilməsində çoxsaylı lazımsız terminlərdən
imtin
a etmək ideyası ilə çıxış etmiş və əruz qəliblərinin
cəmi 6 ünsür (
dil, qələm, pərdə, nü, nüvə və can) vasitəsi
ilə ifadəsini vermişdir (
1).
Bəs əruz hansı dillərə uyğun deyil? Bir çox dillərdə
(rus, ingilis və s.) ardıcıl iki və daha çox samitlə başlayan
hecalara malik sözlər (məs., “справедливость”, “square”
və s.) vardır ki, bu sözlərin ritmik cəhətdən aydın heca
bölgüsü yoxdur və onları əruz qəliblərinə oturtmaq
mümkün deyil. Əruz ilk növbədə belə dillərə yaddır.
Dostları ilə paylaş: