PROTESTANT (PROTESTANT)
Keçən dərsdə qeyd olunduğu kimi, kilsənin məsihiyyət aləminin bütün ictimai
işlərinə hakim kəsildiyi on əsr müddətində qərb aləmində dini hakimiyyət əleyhinə
müəyyən bir cərəyan başlandı ki, bu proses «renosans» adlandırıldı.
Renosansdan sonra bir çox ideoloji-əqidəvi məktəblər yarandı ki, onların da hər
biri də öz növbəsində məsihiliyi əvəz etmək fikrində idi. Bu dövr məsihiyyət
aləmində dini təfəkkürü uzaqlaşdırmaq mərhələsi hesab olunur. Məhz bu prosesdə
bə'zi din alimlər arasında belə bir fikir formalaşdı ki, kilsəyə və dini hakimiyyətə
irad və tənqidlərin çoxu keşişlərin və kilsə xadimlərinin düzgün olmayan əqidə və
yanlış əməllərinin nəticəsidir.
Başqa sözlə desək, həmin alimlər inanırdılar ki, kilsə xadimlərinin məntiqsiz və
yaramaz rəftarları, məsihiyyət dini barəsində düzgün olmayan təhrif və təfsirləri dini
hakimiyyətin on əsrlik qaranlıq tarixini əmələ gətirmişdir. Bu dinin bu cür e'tiraz və
tənqidlərdən xilas olması üçün dini adət-ənənələr və əqidələrin məcmusunda
yenidən nəzər verilməli, keşiş fikrlərinin məhsulu olan inancları dindən ayırmaq
lazımdır ki, xalis məsihi dini hamı üçün aşkar olsun. Bu ideoloji cərəyan dini
islahatlar adı ilə məşhurlaşdı. Dini islahatlar cərəyanı katolik keşişlərinin kəskin
e'tirazları ilə yanaşı başlandığına görə protestanizm adlandırıldı. Çünki protestant
«e'tirazçı» mə'nasındadır və “proetst” kökündən alınaraq e'tiraz və şikayət mə'nasını
daşıyır.
On dördüncü əsrin əvvəllərindən katolik təfəkkürü əleyhinə e'tirazlar və
müxalifətlər başlandı. O cümlədən, ingiltərəli Can Viklif (1329-1384) 1379-cu ildə
aşkar şəkildə kilsə rəhbərliyinin əleyhinə çıxış etdi və bildirdi ki, papanın özü üçün
nəzərdə tutduğu qüdrət, şəxsiyyət və e'tibarın din nöqteyi-nəzərindən əsaslı olub-
olmaması mə'lum deyildir. O, həmçinin çörək və şərabın rəbbani gecə mərasimində
həzrət İsanın həqiqi ətinə və qanına mö'cüzəli şəkildə çevrilməsinə sual altına
apararaq, bu etiqada şübhə ilə yanaşdı. Ondan sonra çexoslvakiyalı Can Has (1369-
1415) kilsənin silsilə rütbələr əsasında olan təşkilatı əleyhinə, eləcə də
269
kilsə aparatının vəqf olunan bütün əmlaka malik olması qarşısında əks mövqe tutdu
və keşişlərin əxlaqı pozğunluqları əleyhinə çox ciddi bir çıxış etdi.
Lakin bu e'tirazların və islahatçılıq hərəkatların ən yüksək mərhələsi 16-cı əsrə
qayıdır ki, bu dövrdə protestantların islahatçı şəxsiyyətlərinin ən məşhuru yə'ni,
almaniyalı Martin Luter (1483-1546) öz islahatlar proqramını ətraflı şəkildə təqdim
etdi. Özü də məşhur bir keşiş olan Luter «95 məsələ» adlı müfəssəl bəyənnaməsində
katolik məzhəbinin qayda-qanunları ilə müxalif olan nəzərlərini yazaraq,
Almaniyanın Vitnberk şəhərində yerləşən öz kilsəsində asdı. O, həmin bəyənnamədə
bu əqidəyə daha çox tə'kid edirdi ki, mövcud adət-ənənələrin və əqidələrin çoxu
məsihiyyət tarixi dövründə keşişlərin və kilsə xadimlərinin vasitəsi ilə artırılmış və
bu dinin haqq yoldan azmasına səbəb olmuşdur. Luter iddia edirdi ki, bu kimi
islahatlarla məsihi dinini həqiqi yoluna qaytarmaq olar.
Martin Luterin ən mühüm nəzəriyyəsini nicat və qurtuluş məsələsi təşkil edirdi. O,
inanırdı ki, nicat və qurtuluş ilahi feyz sayəsində iman vasitəsilə hasil olur.
Həqiqi qurtuluşa nail olmaq üçün imanlı olmaq lazımdır. İman da dünyada yaxşı
işlər görməyi tələb edir. Halbuki katoliklərin nəzərinə görə nicat və qurtuluş yolu
günahların bağışlanmasıdır. Keşişlər ilahi feyz və mərhəmət vasitəsi olduğuna,
mö'minlərin dünya və din işləri onlara həvalə edildiyinə görə günahkarları e'tiraf və
peşimançılıq izhar etməklə, Allah tərəfindən bağışlaya bilər və onların günahları
paklana bilər. Bu əqidə nəticəsində katolik kilsələrində e'tiraf, günahın bağışlanması
və bağışlanma qəbzinin satılması dini bir ayinlər kimi yayılmağa başladı. Amma
Martin Luter bu mərasimlə kəskin şəkildə müxalifət etdi; onun katolik sistemi ilə
olan mübarizələrinin ən yüksək səviyyəsi də məhz həmin məsələ ətrafında idi. Çünki
o, bir tərəfdən keşişlərin günahsızlığını, onların Allah ilə bəndələr arasında vasitə
olmasını qəbul etmir, digər tərəfdən də qurtuluş yolunu yaxşı əməl görməkdə bilirdi.
O, yaxşı əməli dünyanın abadlaşdırıcısı kimi təqdim edirdi.
Bundan əlavə, Luter inanırdı ki, kilsədə təşkil olunan yeddi ayindən yalnız tə'mid
qüslü və rəbbani gecə məsihi dinində mövcud olmuş, yerdə qalan beş ayin isə
keşişlər tərəfindən atırılmışdır.
O, «95 məsələ» adlı bəyanatını verdikdən sonra Vatikan tərəfindən mürtədlikdə
müttəhim olundu və kilsədən uzaqlaşdırıldı. Amma katolik kilsəsi sisteminin
əleyhinə olan şiddətli e'tirazlara nəzər yetirməklə (bu Avropanın hər yerində
formalaşmışdı) mürtədlik hökmü öz əvvəlki tə'sirini göstərmədi və Avropada
protestant hərəkatı sür'ətlə yayılmağa başladı. Hal-hazırda da İngiltərə, Danimarka,
Hollandiya, Almaniya, İsveç, Norveç, Amerika və bu kimi sair yerlərin kilsələri də
protestant kilsəsi adlanır.
|