partiyanı seçərək, bülleteni seçki qutusuna atmalıdır.
Passiv seçki hüququ
- vətəndaşların nümayəndəli orqanlara
seçkilərdə və ya seçkili vəzifələrə namizəd kimi qanunla müəyyən
edilmiş qaydada iştirak etməyə əsas verən subyektiv hüququdur, yəni
seçilmək hüququdur.
Dünya təcrübəsində seçki sisteminin iki əsas tipi
–
majoritar
və
proporsional
seçki sistemləri mövcuddur. Bunlardan
əlavə bir sıra ölkələrdə hər iki sistemin ayrı-ayrı ünsürlərini özündə
əks etdirən
qarışıq
seçki sistemi adlanan forma da tətbiq edilir.
5
Majoritar sözü fransız dilindən tərcümədə "çoxluq" deməkdir.
Bu seçki sisteminə uyğun olaraq, deputatlığa (lat. “deputatus” –
“göndərilmiş”) namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və
o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə digər
namizədlərə nisbətdə daha çox səs toplamalıdır.
Proporsional seçki sistemi
səslərin ayrı-ayrı şəxslərə deyil,
partiyalara verilməsidir. Bu seçki sistemi İlk dəfə olaraq 1889-cu ildə
Belçikada tətbiq olunub.
Demokratiyanın bərqərar olması və ən yaxşı idarəetmənin ən təsirli
mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq
hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər
nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və
müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu
mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən
qoruyur.
Seçki hüququnun və ümumiyyətlə seçkilərin tarixi ən qədim
zamanlardan başlayır. Müasir seçki hüququ dövlət hakimiyyətinin və
yerli özünüidarənin təşkilinin hüquqi tənzimlənməsinin ayrılmaz
hissəsidir.
Seçkilər ilk dəfə eramızdan əvvəl VI-V əsrlərdə qədim Yunanıstanın
şəhər-dövlətlərində keçirilib. Orta əsrlərdə kilsədə dini rəhbərlərin
müəyyənləşdirilməsində seçkidən istifadə olunub.
1789-cu ildə isə ilk dəfə olaraq seçki hüququ Fransada təsdiq edilib.
Bundan sonra Avropanın bir sıra inkişaf etmiş dövlətlərində seçki
hüququndan istifadə edilməyə başlanılıb. Lakin bu seçkilər heç də
demokratik olmayıb. Belə ki, seçkilərdə ancaq mülkü, torpağı,
əmlakı çox olan şəxslər seçilə və səs verə bilib. Həmin illərdə
seçkilərdə ancaq kişilər iştirak edib.
|