**** ***** ****
Sürəyya isə!
Qəm çəkirdi Sürəyya, intizar çəkirdi, hicran oduna
yanırdı, unuda bilmirdi Kamalı, başından-beynindən çıxarıb ata
bilmirdi.
Neyləsə, nə qayırsa ata bilmirdi Kamal fikirini
başından. Şerlər yazmağa başlamışdı. Bir xatirat dəftəri açıb
qəlbinin hissinin, həyəcanı bu xatirat dəftərinə köçürürdü.
Sürəyyanın xatirat dəftərçəsindən yarpaq:
Öz əlimlə öz qolumu
Kəsib qırdım bilə-bilə.
Gözlərimdə yaşım qalıb,
Zıldır-zıldır gilə-gilə.
Ürəyimin ahı sönməz,
Məndən gedən mənə dönməz.
İntizara son görünməz,
Ürək sızlar ölə-ölə
Nolar qeybdən ümüd düşə
Sınıq könüllər bitişə,
Gələ Kamalım görüşə,
Gözüm yaşın silə-silə!
170
Fəqət yoxdur qəmin sonu
Gedər biri, gələr onu,
Ömrün fəna olduğunu
Anlayıram çilə-çilə
Sürəyyanın xatirat dəftərçəsindən yarpaq:
Oyum-
oyum oyalanıb oldürəcək bu qəm məni!
Öz qanıma qəltan edib öksüz qoydu nəğməm məni!
Qayğısız bir bülbül ikən "Sona bülbüllər oxudum"
Elə bildim bu nəğməmlə tapacaqdır həmdəm məni.
Həmdəm gəlib çıxar oldu üç an kimi üç gün keçdi
Bu üç günün fitrətindən alışdırdı sinəm məni
Bihuş oldum sözlərinə, bihuş oldum gözlərinə,
Apardı bir röya kimi ala yaşıl aləm məni.
Gözlərimi bir də açıb gördüm o yox, gedibdi o,
Pörşələyib ərşə çəkdi köksümdəki naləm məni!
Üç günə bax: intizarı ay çəkərmiş, il çəkərmiş,
Bu
üç günün intizarı eyləyəcək vərəm məni.
Mən bir sona bülbüləm ki, ayrılmışam budağımdan,
Xan Əsli bir xanımam ki, tərk edibdir Kərəm məni
Fəqət günah öz başımda, fəqət günah özümdədir
Mən elə bir quşcuğazam, Quzğun çala öləm məni!
Sürəyyanın gördüyü şirin bir yuxuda oxuduğu şən mahnı:
171
Çayır çəmənə yaraşır
Çaylar çimənə yaraşır,
Kamal da mənə yanaşır,
Bir görün nə yaraşır!
Ay ellər nə yaraşır,
Ay güllər nə yaraşır!
Süsən süsənə yaraşır,
Küsən küsənı yaraşır,
Kamal da mənə yaraşır!
Bir görün nə yaraşır!
Ay ellər nə yaraşır,
Ay güllər nə yaraşır!
Dostları ilə paylaş: |