65
- İnternet Vergi İdarəsi bölməsinə daxil olunaraq ƏDV hesabatlarından birini
endirmək olar.
ƏDV hesabatının pəncərəsinin artıq göstəricilərin doldurulmuş görüntüsü
Şəkil 9. -da verilmişdir.
Şəkil 9. Ümumi məlumat.
2. “Verginin hesablanması” bölməsi hazırlanır. Bu bölmədə əsas göstəricilər cari
ay üzrə dövrüyyələr daxil olunur ( Şəkil 10.).
3. Əvəzləşdirilən ƏDV. Bu bölmədə hesabat
dövründə Əvəzləşdirilən ƏDV
məbləği daxil edilir (Şəkil 11.).
67
Şəkil 12. ƏDV tutulan dövriyyə barədə məlumat.
Növbəti addımlar Misal 1 -də yerinə yetirilən addımlara uyğundur.
3.2 İşçilərlə elektron əmək müqaviləsinin bağlanması.
Əmək müqaviləsi bağlamaq məqsədi ilə elektron informasiya sisteminə daxil
olmaq üçün elektron hökumət portalına daxil olmaq lazımdır. Xidmət elektron
hökumət portalında yerləşmişdir. Bu məqsədlə informasiya
sisteminə giriş üçün
RYTN tərəfindən verilmiş elektron imza kartı və ya asan imza ilə daxil olmaq olar.
Hazırda əsasən mobil operator və vergilər nazirliyi tərəfindən verilmiş “asan imza”
xidmətindən istifadə olunur. Sistemə daxil olmaq üçün mobil operatorların biri
tərəfindən verilmiş SİM kart və İD kod PİN1 təhlükəsizlik kodu vasitəsi ilə daxil
olunur. Sistemdə müəyyən əməliyyatların təsdiqi isə PİN2 təhlükəsizlik kodu vasitəsi
ilə təsdiqlənir.
68
Sistemə ilk dəfə daxil olarkən işəgötürənin seçilməsi, işəgötürən haqqında
məlumat, işəgötürənin əlaqə məlumatları daxil edilir və əmək müqaviləsini bağlamaq
səlahiyyəti olan şəxslər təyin olunur.
Növbəti addımda əmək müqaviləsinin bağlanılması
ilə əlaqədar əmək
müqaviləsi bildirişinin bir neçə bölmədə sistemə daxil edilir. İşçi barədə
məlumatların daxil edilməsi bölməsində, işə götürüləcək şəxsin FİN (Fərdi
İdentifikasiya Kodu) kodu daxil olunur. FİN kod AR Daxili İşlər
Nazirliyinin
məlumatlar bazasında saxlanılan AR vətəndaşının şəxsiyyət vəsiqəsindəki nömrədə
sonuncu səkkiz simvoldan yeddisini götürülməklə onu birqiymətli təyin edir. Qeyd
edək ki, bu hissədə həmçinin miqrasiya xidmətindən verilmiş dörd simvollu kodlada
daxil olmaq variantı var. Növbəti addımda iş yerinin adı, iş yerlərinin strukturu, iş
yerinin strukturunun daxilində
yeni struktur əlavə edilməsi, işçinin əlaqə vasitələri
barədə məlumat əmək müqaviləsinin müddəti, əmək funksiyası
və əmək şəraitinin
şərtləri, əmək haqqı, məzuniyyət müddəti, digər şərtlər daxil olunur. Sonda RYTN
tərəfindən verilmiş elektron imza ilə və ya asan imza ilə əmək müqaviləsi bildirişinin
imzalanır.
Bütün bu məlumatların informasiya sistemində qeydiyyata alınmasına dair
məlumat əmək müqaviləsi bildirişi göstərilən elektron poçt ünvanına göndırilir.
Sistemdə əmək müqaviləsinə dəyişiklik edilməsi, əmək müqaviləsinə xitam verilməsi
xidmətləri də asanlıqla yerinə yetirilir.
Dostları ilə paylaş: