İsa – Əleyhissəlam – In Zühru Barədə Nazil Olan Ayələr -«O vaxt Allah dedi: "Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam, səni kafirlərdən təmizləyəcək və sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm». (Ali İmran 55). «(Onların lənətə düçar olmalarının bir səbəbi də) Biz Allahın elçisi Məryəm oğlu əl-Məsihi öldürdük – demələridir. Halbuki onları İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız belə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda onlar onun(şəxsən öldürülməsi) barəsində əlbəttə şəkk-şübhə içərisindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapanırlar. Həqiqətdə onu (İsanı) öldürməmişlər. Xeyr, Allah onu Öz dərgahına qaldırmışdır. Şübhəsiz ki, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir».(ən-Nisa 157-158). Allah onun öldürülməsini inkar etməklə səmaya yüksəldiyini göstərir. Bu ayə Məsih İsa – əleyhissəlam – ın diri olduğu halda səmaya qaldırılmasına aid qəti dəlildir. Şübhəsiz ki, bu baxış haqq olan bir baxışdır. Yəhudilərin İsa – əleyhissəlam – ın öldürüb xaça çəkilmələrini və savadsız Xristianların, Yəhudilərin bu dediklərini qəbul edənlərin iddialarının batil olduğunu göstərən ayələrin daşıdığı məqsəd bundadır. Beləliklə İsa – əleyhissəlam – ın varlığını, Allah dərgahında olduğunu və Qiyamət günündən öncə yer üzünə gələcəyini bildirməkdir296. İbn Abbas - radıyallahu anhu – tərəfindən rəvayət edilən mərfu hədisdə: «Şübhəsiz ki,(İsanın zühuru) qiyamət saatı haqda bir bilgidir…». (əz-Zuxruf 61).Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yəni Qiyamət günündən öncə Məryam oğlu İsanın zühur etməsi…»297. Mücahid – rahmətullahi aleyhi – deyir ki: «İsa – əleyhissəlam – ın Qiyamət üçün əlamət olması və Qiyamət günündən əvvəl gəlməsi zühur edəcəyini bildirir”.
Matar əl-Varrak deyir ki: “O vaxt Allah dedi: "Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf qaldıracağam”– bu vəfat etmək bildiyimiz ölüm deyildir. Eyni şəkildə İbn Cureyc – rahmətullahi aleyhi – deyir ki: “Allahın İsa – əleyhissəlam – ı vəfat etdirməsi, onu öz dərgahına qaldırmasıdır”. Şovkani – rahmətullahi aleyhi – deyir ki: “Burada vəfat kəliməsi ilə qəsd edilən yuxudur”298. “Sizi gecələr yuxuya daldıran(bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyacandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir”. (əl-Ənam 60). “Allah (əcəli çatan kimsələrin) canlarını(ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək(əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın hər şeyə qadir olmasına, Qiyamət günü ölüləri dirildəcəyinə dəlalət edən) əlamətlər vardır!”. (əz-Zumər 42). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: “(Yuxudan oyandıqda) Həmd bizi öldürdükdən sonra təkrar dirildən Allahadır. Qayıdış da Onadır”299 Həsən - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Yəhudilərə buyurdu: “Heç şübhəsiz ki, İsa – əleyhissəlam – ölmədi. O, Qiyamət günündən öncə sizə gələcəkdir”300. İbn Əbu Hatim, Əhməd b. Sinan, Əbu Muaviyə, əl-Aməş, Minhal b. Amr, Said b. Cubeyr, İbn Abbas – Allah onlardan razı olsun - rəvayət edir ki: “Allah İsa – əleyhissəlam – ı səmaya yüksəltməyi dilədiyi zaman İsa – əleyhissəlam – həvarilərinin yanına çıxdı. Evdə Həvarilərdən 12 kişi vardı. Onların yanına çıxdığı zaman başından su damcılayırdı. O: “İçinzdən mənə iman etdikdən sonra 12 dəfə inkar edən vardır. Hansınız mənə oxşadılıb yerimə öldürüləcək və mənimlə eyni dərəcədə olmaq istər? (Başqa rəvayətdə: Cənnətdə yoldaşım olmaq istər301)”. Yaşca kiçik olan cavanlardan bir gənc (Sərcis) qalxdı və Ona: “Otur” dedi. Sonra onlara dönüb təkrar etdi, yenə o, gənc qalxdı və Ona: “Otur” dedi. Sonra təkrar onlara dönüb təkrar edincə o, gənc yenə: “Mən” dedi. Bundan sonra: “Bəli, o sən olacaqsan” dedi. O, İsa – əleyhissəlam – a oxşadıldı, İsa – əleyhissəlam – evin pəncərəsindən səmaya yüksəldilir. Yəhudilər girib bənzərini götürdülər, onu öldürdülər və asdılar. İçlərindən biri ona iman etdikdən sonra 12 dəfə küfr etdi”302.